Icma.az
close
up
RU
Naxçıvanda qəbul imtahanlarında birinci olan məzun: “Uğur təsadüf deyil”

Naxçıvanda qəbul imtahanlarında birinci olan məzun: “Uğur təsadüf deyil”

Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Naxçıvan, 31 avqust, AZƏRTAC

Naxçıvanda qəbul imtahanlarında ən yüksək nəticəni göstərən məzun bəlli olub. Naxçıvan şəhər 7 nömrəli tam orta məktəbin məzunu Elsun Əliyev 690,6 bal toplayaraq muxtar respublika üzrə birinci olub. Bu nəticə onun üçün təkcə yüksək bal deyil, illərlə davam edən məqsədyönlü hazırlığın, zəhmətin və böyük arzunun nəticəsidir.

AZƏRTAC-ın bölgə müxbiri 690,6 bal toplayan Elsun Əliyevin yaşadığı ünvanda olub, onun və ailə üzvlərinin sevinc və təəssüratlarını öyrənib.

Bu uğurun arxasında illərlə davam edən zəhmət, məqsədyönlü hazırlıq, ailə dəstəyi və müəllim əməyi dayanır. Elsun Əliyev buraxılış imtahanında 293,6, qəbul imtahanının ikinci mərhələsində isə 397 bal toplayaraq, ümumilikdə, 690,6 bal əldə edib.

Nəticəsindən böyük sevinc və qürur hissi keçirdiyini bildirən Elsun Əliyev bu nailiyyətin uzunmüddətli zəhmətinin və qarşısına qoyduğu məqsədə doğru inamla irəliləməsinin nəticəsi olduğunu deyib: “Bu nəticəyə görə çox sevincli və qürurluyam. Yüksək bal toplamağım məktəb illərindən etibarən davamlı şəkildə göstərdiyim səylərin və qarşıma qoyduğum məqsədə doğru inamla irəliləməyimin nəticəsidir. Orta məktəb dövründə RFM, RFO, AMO, SASMO kimi müxtəlif olimpiadalarda bir sıra nailiyyətlər əldə etmişəm. Bununla yanaşı, onlayn platformalardakı yarışlarda uğur qazanaraq birinci yerlərə layiq görülmüşəm. Düşünürəm ki, bütün bu təcrübələr və qazandığım uğurlar da qəbul imtahanında yüksək nəticə göstərməyimdə mühüm rol oynayıb”.

Uşaqlıqdan həkim olmaq arzusunda olduğunu bildirən Elsun gələcəkdə tibb sahəsində çalışmaq istədiyini deyib. “Uşaqlıq arzum həkim olmaqdır. İnsanlara kömək etmək, onların sağlamlığı uğrunda çalışmaq mənim üçün çox dəyərli və məsuliyyətli peşədir. Buna görə də gələcəyimi tibb sahəsində görürəm. İxtisas olaraq Azərbaycan Tibb Universitetinin “Tibb” ixtisasını seçmişəm və həmin ixtisasa qəbul olmuşam”, - deyə o bildirib.

Elsun deyir ki, bu uğurun əldə olunmasında valideynlərinin və müəllimlərinin böyük əməyi var. Onlar hər zaman ona inanıb və dəstək olublar.

O, imtahana hazırlaşan gələcək abituriyentlərə də tövsiyələrini verib, qarşılarına məqsəd qoymağı, vaxtlarını düzgün planlaşdırmağı və çətinliklərdən qorxmamağı məsləhət görüb. “Unutmasınlar ki, uğur təsadüf deyil, davamlı zəhmətin nəticəsidir”, – deyə Elsun bildirib.

Elsunun bu uğurunda ailəsinin də böyük payı var. Anası Samirə Əliyeva oğlunun əldə etdiyi nəticəyə görə böyük qürur və sevinc hissələri keçirdiyini bildirib: “Bu sevinc hissini mənə yaşatdığı üçün oğluma, onun müəllimlərinə təşəkkürümü bildirirəm. Hazırda digər iki övladım da ali təhsilli mütəxəssisdir və həkim kimi çalışırlar. Elsunun da məqsədi onların yolunu davam etdirməkdir. Düşünürəm ki, ata və ana üçün bundan böyük xoşbəxtlik yoxdur. Bir valideyn olaraq dövlətimizin təhsilə göstərdiyi diqqət və qayğıya görə də öz dərin minnətdarlığımı bildirirəm”.

Elsunun babası, uzun illər pedaqoq kimi çalışan Sabir Quliyev isə nəvəsinin uğurundan danışarkən Ümummilli Lider Heydər Əliyevin “Təhsil millətin gələcəyidir” fikrini xatırladıb. Qeyd edib ki, hər hansı bir millətin inkişafı, ilk növbədə, təhsillə bağlıdır.

45 ilə yaxın orta məktəbdə müəllim işlədiyini bildirən Sabir Quliyev müəllim əməyinin əhəmiyyətindən danışaraq bu barədə yazılmış misraları da xatırladıb:

“Öyrətmək eşqiylə çəkdiyi zəhmət

Bağlıdır tükənməz iradəsinə.

Müəllimin şagirdə verdiyi qiymət

Yüz illər keçsə də dəyişməz yenə”.

Nəvələrinin uğurundan qürur duyduğunu bildirən Sabir Quliyev onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb: “Mən nəvələrimlə fəxr edirəm. Hər üçü də həkimlik peşəsini özləri seçiblər. Mən bu yolda onlara uğurlar arzulayıram. Arzu edirəm ki, onlar gələcəkdə savadlı həkim kimi müstəqil dövlətimizə, xalqımıza yüksək səviyyədə xidmət etsinlər. Bununla yanaşı, bu uğurun əldə olunmasında əməyi olan, gecə-gündüz öz biliklərini əsirgəmədən nəvələrimi öyrədən bütün müəllim kollektivinə öz təşəkkürümü bildirirəm”.

690,6 bal nəticə Elsun Əliyev üçün bir mərhələnin uğurlu sonu, yeni və daha böyük hədəflərin başlanğıcıdır. Qarşıda onu Azərbaycan Tibb Universitetində uzun və məsuliyyətli təhsil yolu gözləyir.

Uşaqlıq arzusunu peşəyə çevirmək istəyən Elsun gələcəkdə savadlı həkim olmağı qarşısına məqsəd qoyub. Onun uğur hekayəsi bir daha göstərir ki, böyük nəticələrin arxasında məqsədyönlü hazırlıq, ailə və müəllim dəstəyi, ən əsası isə davamlı zəhmət dayanır.

Müxbir- Nail Əsgərov

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:156
embedMənbə:https://azertag.az
archiveBu xəbər 31 Avqust 2026 11:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Valideynlərə xəbərdarlıq: Uşaqlara bunu özbaşına verməyin!

26 Noyabr 2026 02:11see304

“Sabah” 5 turdan sonra ÇL də neçəncidir?

26 Noyabr 2026 04:01see282

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

26 Noyabr 2026 22:31see277

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

26 Noyabr 2026 22:05see269

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

26 Noyabr 2026 18:52see264

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

26 Noyabr 2026 17:46see255

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

26 Noyabr 2026 19:36see251

Haşimoto və hamiləlik: Bu xəstəlik ana olmağa mane olurmu? ARAŞDIRMA

26 Noyabr 2026 15:04see244

57 yaşlı Cennifer Lopez belə formada qalır

26 Noyabr 2026 17:27see243

Azərbaycan vasitəsilə Şimal Cənub dəhlizi ilə yükdaşımalar 25 % artıb

26 Noyabr 2026 16:04see237

AZAL ın ötənilki qazancı açıqlandı 1,2 milyard manat!

26 Noyabr 2026 22:21see236

Azərbaycan Ermənistan dialoqunda yeni mərhələ: 6 komitə yaradılır

26 Noyabr 2026 19:50see236

Kəmalə Qaramollayeva Heydər Əliyev Sarayında möhtəşəm konsert proqramı ilə çıxış etdi FOTO

26 Noyabr 2026 21:06see221

İncəsənət məktəblərinə 199 yeni müəllim qəbul olunub

26 Noyabr 2026 18:16see219

Gündə 5 ədədi qanda şəkəri sala bilər

26 Noyabr 2026 20:41see215

Göbələkdən düzəltdiyi qayıqla okeana çıxdı

26 Noyabr 2026 18:03see210

“Milan“ səfərdə “Olimpiakos“a qalib gəlib

27 Noyabr 2026 00:14see210

T. Edison, S. Dali və A. Eynşteyn yeni ideyalar üçün bu dalğalardan istifadə edib

26 Noyabr 2026 12:32see204

Lavrov ABŞ ı Avropaya nümunə göstərdi: “Siyasi yetkinlik nümayiş etdirirlər” Video

26 Noyabr 2026 21:58see201

Bu şokolad apteklərdə reseptlə veriləcək YE, ARIQLA

26 Noyabr 2026 20:35see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri