Icma.az
close
up
RU
Naxçıvanda Sahibkarlar Gününə həsr olunmuş tədbir keçirilib

Naxçıvanda Sahibkarlar Gününə həsr olunmuş tədbir keçirilib

Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Naxçıvan, 30 aprel, AZƏRTAC

Aprelin 30-da Naxçıvanda “Konstitusiya və Suverenlik İli” və 25 aprel Sahibkarlar Gününə həsr olunmuş “Konstitusiya və suverenlik – Naxçıvanda sahibkarlığın inkişafı” mövzusunda tədbir keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.

Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli tədbirdə çıxış edərək bildirib ki, 2025-ci ilin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən “Konstitusiya və Suverenlik İli” elan olunması dövlət müstəqilliyinin, siyasi sabitliyin və iqtisadi təhlükəsizliyin bir daha prioritet elan edilməsidir. Bu, eyni zamanda dövlətçilik ənənələrinin möhkəmləndirilməsi ilə yanaşı, güclü iqtisadi baza üzərində qurulan müasir Azərbaycan modelinin davamlı inkişafına da açıq mesajdır. Bu modelin əsas sütunlarından biri isə şübhəsiz ki, sahibkarlıqdır. “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı” bu ərazilərdə iqtisadi fəallığın yüksəldilməsi, sahibkarlığın genişlənməsi və əhalinin rifahının artırılması istiqamətində mühüm yol xəritəsi olub. Dövlət proqramı çərçivəsində Naxçıvan Sənaye Parkının yaradılması, yeni nəqliyyat infrastrukturlarının formalaşdırılması, turizm, kənd təsərrüfatı və xidmət sahələrinin inkişafı istiqamətində əhəmiyyətli işlər görülməkdədir.

Səlahiyyətli nümayəndə diqqətə çatdırıb ki, Azərbaycan Respublikası Prezidentinin imzaladığı “Naxçıvan şəhərində ictimai nəqliyyatın tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Sərəncam, yaşıl enerji istifadəsi, ekoloji baxımdan dayanıqlı şəhərsalma və innovativ texnologiyaların tətbiqinə xüsusi diqqət ayrıldığını göstərir. Bu sahədəki fəaliyyətlər həm də sahibkarlara yeni xidmət və istehsal imkanları qazandırır. Həmçinin Zəngəzur dəhlizinin işə düşməsi ilə muxtar respublikada təkcə Azərbaycanın əsas hissəsi ilə deyil, eyni zamanda Orta Dəhliz vasitəsilə Çindən Avropaya qədər uzanan nəqliyyat şəbəkəsinin vacib qovşaqlarından birinə çevriləcəkdir. Dövlət başçımızın bir neçə gün əvvəl Çin Xalq Respublikasına rəsmi dövlət səfəri və İran İslam Respublikasının Prezidentinin ölkəmizə səfəri Azərbaycanın beynəlxalq iqtisadi əlaqələrinin genişlənməsi baxımından mühüm əhəmiyyət daşıyır. Bu səfərlər zamanı müzakirə olunan layihələr ölkəmizin və xüsusilə də Naxçıvanın regionlararası ticarət, enerji, nəqliyyat və investisiya mərkəzinə çevrilməsini də sürətləndirəcək.

Yaradılan imkanlardan maksimum istifadə edərək yerli və regional iqtisadiyyatda özəl sektorun payını artırmaq, yeni iş yerləri yaratmaq və əhalinin rifahını yüksəltməyi qarşıda duran əsas hədəf kimi müəyyənləşdirən Fuad Nəcəfli bu yolda bütün sahibkarlara uğurlar arzu edib.

Naxçıvan Muxtar Respublikasının Baş naziri Ceyhun Cəlilov bildirib ki, ölkəmizin hərtərəfli inkişaf strategiyasında iqtisadiyyatın inkişafı xüsusi yer tutur. Bu baxımdan, bazar iqtisadiyyatı şəraitində sahibkarlığın da inkişafı mühüm amildir. Ümummilli Liderimiz Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi xətdə bu məsələ daim diqqət mərkəzində saxlanılır. Ulu Öndərimizin müəllifi olduğu müstəqil Azərbaycan Respublikasının Konstitusiyasında da iqtisadi inkişaf, azad sahibkarlıq hüququ kimi mühüm məsələlər öz təsbitini tapıb.

Baş nazir qeyd edib ki, hazırda icrası davam etdirilən Dövlət proqramında müəyyənləşdirilən əlverişli biznes mühitinin yaradılması, ticarətin, ixracyönlü sənayenin, kənd təsərrüfatı məhsulları istehsalının və emalının, turizmin, infrastruktur təminatının, sosial sektorun, insan kapitalının inkişafı, elektrik enerjisi istehsalının və ixracının artırılması, institusional inkişaf, ətraf mühitin mühafizəsinin gücləndirilməsi kimi prioritet istiqamətlər həm də sahibkarlar üçün yeni investisiya imkanları yaradır.

Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat nazirinin müavini, nazir vəzifələrini icra edən Abbas İsmayılov ötən dövrdə muxtar respublikada sahibkarlığın inkişafı istiqamətində həyata keçirilmiş islahatlar barədə məlumat verib. Qeyd edib ki, 2023 və 2024-cü illərdə yumşaq keçid tətbiq edilib, vergi nəzarəti tədbirləri minimuma endirilib və bu proses cari ildə də davam etdirilir. Yaradılmış əlverişli biznes mühiti, tətbiq edilmiş müasir vergi inzibatçılığı və sahibkarların adekvat geri dönüşü nəticəsində müsbət dəyişiklər baş verir. Sahibkarlığın İnkişafı Fondu tərəfindən 2024-cü ildə 38 layihə maliyyələşdirilib. 2025-ci ilin yanvar-aprel aylarında maliyyələşdirilən layihələrin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 3,8 dəfə, maliyyələşdirilmiş güzəştli kreditlərin məbləği isə 6,5 dəfə artıb. Verilmiş kreditlər hesabına 63 yeni iş yerinin açılması imkanı yaranıb. Fondun güzəştli vəsaitlərinin əhəmiyyətli hissəsi regionların inkişafına xidmət edən layihələrə yönəldilib. Belə ki, 2025-ci ilin cari dövründə maliyyələşdirilmiş güzəştli kreditlərin 12 faizi Naxçıvan şəhərinin, 88 faizi isə regionların payına düşüb. Fondun ehtiyatları hesabına sahibkarlıq subyektlərinə müəyyən edilmiş prioritet istiqamətlər üzrə 2025-ci il ərzində 25 milyon manatadək maliyyələşdirilmə hədəflənib.

Naxçıvan Muxtar Respublikasının əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini, nazir vəzifələrini icra edən Fərid Bağırzadə çıxışında qeyd edib ki, muxtar respublikada iqtisadiyyatın və sahibkarlığın inkişafına yönəldilmiş tədbirlər nəticədə əhalinin məşğulluğunun artmasına təkan verib.

Vurğulanıb ki, 2017-2022-ci illər ərzində ümumilikdə 1332 nəfər özünüməşğulluq proqramı çərçivəsində aktivlərlə təmin olunmuşdursa, 2023-cü ildən etibarən bu say artırılaraq 1710 nəfərə çatdırılıb.

Naxçıvan Muxtar Respublikası Sahibkarlar Konfederasiyası idarə heyətinin sədri Vüqar Abbasov, sahibkarlardan Teymur Rzayev və Əfqan İsmayılov muxtar respublikada sahibkarlığın inkişafı istiqamətində atılan addımların bəhrələrindən bəhs edib, qarşıda duran hədəflərdən danışıblar.

Tədbirdə Sahibkarlar Gününə həsr olunmuş film nümayiş etdirilib.

Sonra investorlar üçün nəzərdə tutulmuş “İnvest in Nakhchivan” adlı təşviqat xarakterli veb-səhifəsinin təqdimatı olub. Naxçıvan Muxtar Respublikası Sahibkarlığın İnkişafı Fondu idarə heyətinin sədri Vüsal Novruzov “Naxçıvanda biznesə güzəştli maliyyə dəstəyi” mövzusunda təqdimat edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:94
embedMənbə:https://azertag.az
archiveBu xəbər 30 Aprel 2025 19:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see173

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see171

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see155

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see155

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see154

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see147

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see146

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see143

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see142

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see139

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see139

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see136

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see135

Qəbələ Kəpəz i məğlub edib

10 Yanvar 2026 16:39see133

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see133

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see132

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see131

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see129

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see129

Əfqanıstanda 4 mədənçi tüstüdən boğuldu

11 Yanvar 2026 01:20see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri