Naxçıvanda smartkart tipli elektrik sayğaclarının sayı artıb AZƏRTAC
Icma.az bildirir, Azertag saytına əsaslanaraq.
Naxçıvan, 15 noyabr, AZƏRTAC
Naxçıvan Muxtar Respublikasının Babək, Şərur və Culfa şəhərlərində əhali abonentlərinin ev və mənzillərində ön ödənişli smart-kart tipli sayğacların quraşdırılması işləri sürətləndirilib.
Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidmətinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, hazırda bu tip sayğacların ümumi sayı 32 min 502-yə çatıb. 2024-cü ilin yanvar-oktyabr ayları ərzində muxtar respublika üzrə 1574 sayğac yenisi ilə əvəzlənib. Əlavə olaraq 1022 yeni sayğac quraşdırılıb ki, bunlardan 373-ü smart-kart tipli əhali sayğacı, 48-i isə smart-kart tipli kommersiya sayğacı olub.
if (!$ISMOBILE) : ?>
include(__DIR__.'/320x100.php');?>

Naxçıvanda smartkart tipli elektrik sayğaclarının sayı artıb
15 Noyabr 2024 13:08
Naxçıvanda özəl sektorda əmək müqavilələrinin sayı artıb AZƏRTAC
14 Noyabr 2024 15:52
Naxçıvanda pərakəndə ticarət dövriyyəsi artıb AZƏRTAC
18 Noyabr 2024 15:37
Naxçıvanda vergi ödəyicilərinin sayı 13 faizdən çox artıb AZƏRTAC
13 Dekabr 2024 12:27
Naxçıvanda əhalinin sayı artıb
18 Noyabr 2024 14:19

