Naxçıvanda taxıl biçini başlayıb 7 497,9 ton məhsul tədarük olunub
Icma.az, Sia Az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Ötən ilin payızında və bu ilin yazında Naxçıvan Muxtar Respublikası üzrə ümumilikdə 13 min 844,1 hektar sahədə taxıl əkini aparılıb, əkin sahələrinin 4 174,3 hektarını buğda, 9 669,77 hektarını isə arpa təşkil edib.
Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyindən yerli mediaya verilən açıqlamada qeyd olunur ki, hazırkı mərhələdə biçin əsasən arpa sahələrində intensiv şəkildə aparılır.
İndiyədək 2 533,9 hektar arpa sahəsində biçin başa çatdırılıb və sahələrdən 7 497,9 ton məhsul tədarük olunub. Orta məhsuldarlıq hər hektardan 29,6 sentner təşkil edib. Bu göstərici ötən ilin müvafiq dövründə qeydə alınan 21,1 sentnerlə müqayisədə 40,3 faiz yüksəkdir. Hazırda arpa əkinlərinin 26,2 faizi biçilib.
Mətləb
Baxış sayı:192
Bu xəbər 01 İyul 2026 00:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















