Naxçıvanda tibb işçilərinə əməyin mühafizəsi üzrə təlim keçirilib
Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Bakı, 28 avqust, AZƏRTAC
Dövlət Əmək Müfəttişliyi Xidmətinin (DƏMX) tabeliyində fəaliyyət göstərən Əməyin Mühafizəsi Mərkəzinin Naxçıvan filialı Muxtar Respublikanın Dövlət Əmək Müfəttişliyi Xidməti ilə birgə işəgötürənlər üçün “Əməyin mühafizəsi, texniki təhlükəsizlik, iş yerlərinin attestasiyası, istehsalatda bədbəxt hadisələr və işçilərin icbari sığortası” mövzusunda təlim təşkil edib.
Bu barədə AZƏRTAC-a DƏMX-in mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, təlimə 27 tibb müəssisəni təmsil edən 36 nümayəndə qatılıb. İştirakçılara mövzu üzrə mövcud qanunvericiliyin tələbləri izah olunub, təqdimat nümayiş etdirilib. Bununla yanaşı, əmək sahəsində qəbul olunmuş yeni standartlar barədə də ətraflı məlumat verilib.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb, müvafiq mövzular ətrafında müzakirələr aparılıb.


