Naxçıvanda üç rayonun Təhsil Şöbəsinə yeni müdirlər təyin olunub
Icma.az bildirir, Report.az portalına istinadən.
Naxçıvan Muxtar Respublikası (MR) Təhsil Nazirliyi ilə üç rayonun Təhsil Şöbəsinə yeni şöbə və sektor müdirləri təyin edilib.
"Report"un yerli bürosu xəbər verir ki, Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən Naxçıvan MR Təhsil Nazirliyində vakant vəzifələrin tutulması üçün keçirilən daxili müsahibədə uğur qazanan namizədlər Təhsil Nazirliyi və rayon Təhsil Şöbələrinə yeni vəzifələrə təyin olunublar.
Məlumata görə, Elşən Qəbulov Təhsil Nazirliyi Aparatının Məktəbəqədər və ümumitəhsilin idarə edilməsi şöbəsinin müdiri, Gültəkin Rüstəmli həmin şöbəyə sektor müdiri, Sahil Əlizadə Babək, Murad Hümbətov Culfa, Ayaz Əliyev isə Kəngərli rayon Təhsil Şöbəsinə müdir təyin ediliblər.
Baxış sayı:63
Bu xəbər 03 Dekabr 2024 17:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















