Icma.az
close
up
RU
Naxçıvanda uşaq bağçalarında D vitamini paylanmasına start verilib

Naxçıvanda uşaq bağçalarında D vitamini paylanmasına start verilib

Missiya.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.


Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi tərəfindən “Konstitusiya və Suverenlik İli” çərçivəsində muxtar respublika ərazisində fəaliyyət göstərən uşaq bağçalarında təlim-tərbiyə alan uşaqlara 5000 ədəd D vitamininin paylanması üçün xeyriyyə aksiyasına başlanılıb. 


Missiya.Az xəbər verir ki, bu təşəbbüs, ilk dəfə olaraq muxtar respublika ərazisində Naxçıvan MR Səhiyyə Nazirliyi tərəfindən həyata keçirilir. Layihənin əsas məqsədi uşaqların sağlam inkişafına dəstək vermək, onların immun sistemini gücləndirmək və vitamin çatışmazlığının qarşısını almaqdır. 

Tədbirin açılışı Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin dəstəyi ilə Naxçıvan şəhər 8 saylı uşaq bağçası-körpələr evində baş tutub. Tədbirdə Naxçıvan MR Səhiyyə Nazirliyi və Təhsil Nazirliyinin əməkdaşları, bağça direktorları, Zərifə Əliyeva adına Naxçıvan Şəhər Poliklinikasının həkim heyəti və valideynlər iştirak edib. Açılış mərasimi uşaqlar üçün təşkil olunan əyləncəli şou proqramı ilə davam etdirilib.

Layihə çərçivəsində Zərifə Əliyeva adına Naxçıvan Şəhər Poliklinikasının həkim heyəti muxtar respublika üzrə fəaliyyət göstərən uşaq bağçalarında tibbi müayinələr həyata keçirəcək, valideynlərlə maarifləndirici söhbətlər aparacaq və uşaqlara D vitamini paylanılmasını davam etdirəcək.

Bu xeyriyyə aksiyası Naxçıvan Muxtar Respublikasında uşaqların sağlamlığının qorunması və gələcək nəslin rifahının təmin olunması istiqamətində atılan mühüm addımlardan biridir.

Nurlana Əhmədova
Missiya.Az


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:123
embedMənbə:https://missiya.az
archiveBu xəbər 07 Aprel 2025 12:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see275

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see267

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see255

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see245

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see223

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see204

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see196

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see193

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see190

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see178

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see174

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see171

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see162

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see162

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see159

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see156

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see153

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see150

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see143

“iPhone”larda geri düyməsinin olmamasının səbəbi bu imiş

22 Yanvar 2026 06:18see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri