Naxçıvanda “VAZ” və “Hyundai” toqquşdu, sürücülərdən biri xəstəxanalıq oldu VİDEO
Icma.az, Avtosfer portalına istinadən məlumat yayır.
Naxçıvan şəhəri, Əliabad qəsəbəsində yol-nəqliyyat hadisəsi baş verib.
Avtosfer.-z-ın məlumatına görə, qəza sentyabrın 18-də saat 14:00 radələrində qeydə alınıb. Belə ki, hərəkətdə olan “VAZ-2107” markalı maşın, “Hyundai” markalı avtomobillə toqquşub. Hadisə şahidlərinin iddiasına əsasən, qəzaya ara məsafəsinin düzgün seçilməməsi səbəbindən yaranıb. Qəza nəticəsində hər iki minik vasitəsinə maddi zərər dəyib, “VAZ” sürücüsü müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Hadisə yerinə polis əməkdaşları və təcili tibbi yardım briqadası cəlb olunub. Yaralı xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma davam edir.
Nərmin

Bakıda Vaz Hyundai ilə toqquşdu VİDEO
05 Noyabr 2024 16:49
“Toyota” əks yoldakı “VAZ”la toqquşdu, sürücülərdən biri xəstəxanalıq oldu VİDEO
04 İyun 2025 19:47
Naxçıvanda qəza: İki “VAZ” toqquşdu VİDEO
11 İyul 2025 14:44
Mərdəkanda “Hyundai” “VAZ”ı vurub aşırdı VİDEO
16 May 2025 18:00
Ağsuda iki “VAZ” toqquşdu, sürücülərdən biri xəsarət aldı VİDEO
17 Aprel 2025 16:12

