Naxçıvanda vəkilliyə namizədlərin andiçmə mərasimi keçirildi FOTOLAR
Icma.az, Gununsesi portalına istinadən məlumatı açıqlayır.
Mayın 6-da Naxçıvan Muxtar Respublikası Vəkillər Kollegiyasında vəkilliyə namizədlərin təntənəli andiçmə mərasimi keçirilib.
Gununsesi.info xəbər verir ki, tədbirdə Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasında səlahiyyətli nümayəndəliyinin əməkdaşı Pənah Mehdiyev, Naxçıvan Muxtar Respublikası Ali Məhkəmənin Mülki Kollegiyasının sədri Mehman Allahverdiyev, Naxçıvan Muxtar Respublikası Prokurorluğunun Dövlət ittiham şöbəsinin rəisi Anar Məmmədov, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Strateji Planlaşdırma və Monitorinq idarəsinin rəisi Səttar Zamanov, Naxçıvan Dövlət Universitetinin “Beynəlxalq münasibətlər və Hüquq” fakültəsinin 10 nəfər tələbəsi və Naxçıvan Muxtar Respublikası Vəkillər Kollegiyasının kollektivi iştirak ediblər.
Mərasimdə Ümummilli Lider Heydər Əliyevin büstünün ziyarəti ilə başlayıb və Naxçıvan Muxtar Respublikası Vəkillər Kollegiyasının inzibati binasında davam etdirilib.
Tədbirdə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub, ardınca Dövlət Himni səsləndirilib.
Daha sonra vəkilliyə qəbul üzrə ixtisas imtahanlarından uğurla keçmiş, icbari təlim mərhələsini müvəffəqiyyətlə başa vurmuş və şifahi müsahibədən keçərək Naxçıvan Muxtar Respublikası Vəkillər Kollegiyasının üzvlüyünə qəbul olmuş 6 namizədin andiçmə mərasimi keçirilib.
Sonra and içən vəkillərə vəkil vəsiqələri və döş nişanları təqdim edilib.
Yekunda Naxçıvan Muxtar Respublikası Vəkillər Kollegiyasının fəaliyyəti və gördüyü işlərlə bağlı videoçarx təqdim edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:58
Bu xəbər 06 May 2025 22:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















