Naxçıvanda vergi daxilolmaları 2,4 % artıb
Icma.az, Bakivaxti portalına istinadən məlumat verir.
Bu ilin yanvar-may aylarında Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə büdcəyə 98,3 milyon manata yaxın vergi daxil olub.
Bakıvaxtı.az xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 2,4 % və ya 2,3 milyon manat çoxdur.
Ötən 5 ayda muxtar respublikada qeyri-dövlət sektorundan daxilolmalar 69,4 milyon manat təşkil edib. 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə bu sektordan vergi daxilolmaları 8,3 % və ya 5,3 milyon manat artıb.
Ödənilən vergilərin 70,6 %-i qeyri-dövlət sektorunun, 29,4 %-i isə dövlət sektorunun payına düşüb.
2026-cı ilin yanvar – may aylarında Naxçıvan Muxtar Respublikasında işsizlikdən sığorta haqları üzrə daxilolmalar ötən ilin müvafiq dövrü ilə müqayisədə 7,3 % artaraq 2 milyon manata yaxın olub.
Baxış sayı:83
Bu xəbər 09 İyun 2026 09:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















