Naxçıvanda vergi ödəyicilərinin sayı 7,2 faiz artıb
Icma.az bildirir, Azertag portalına istinadən.
Naxçıvan, 17 iyun, AZƏRTAC
Cari ilin iyun ayının 1-nə Naxçıvan Muxtar Respublikası üzrə uçotda olan 55 min 678 vergi ödəyicisinin 94,7 faizi fiziki şəxslər, 5,3 faizi hüquqi şəxslər və digər təşkilatlar olub.
Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, 2025-ci illə müqayisədə vergi ödəyicilərinin ümumi sayı 7,2 faiz, o cümlədən fiziki şəxslərin sayı 7,4 faiz, hüquqi şəxslərin sayı isə 4,3 faiz artıb.
Qeydiyyatda olan kommersiya qurumlarının sayı 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 13,8 faiz artaraq 1883 olub. 2026-cı ilin 5 ayında kommersiya qurumlarının 85,6 faizi elektron qaydada, 14,4 faizi kağız daşıyıcısı vasitəsilə qeydiyyata alınıb.
Müxbir- Nail Əsgərov
Baxış sayı:148
Bu xəbər 17 İyun 2026 10:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















