Icma.az
close
up
RU
Naxçıvanda yeni Hemodializ Mərkəzi

Naxçıvanda yeni Hemodializ Mərkəzi

Icma.az, Xalq qazeti portalına istinadən məlumat yayır.

Muxtar respublikada xroniki böyrək çatışmazlığından əziyyət çəkən insanlara göstərilən tibbi xidmətin vahid mərkəzdən və müasir səviyyədə təşkili məqsədilə Naxçıvan Muxtar Respublikası Hemodializ Mərkəzi yaradılıb.

Dünən Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli yeni mərkəzdə yaradılan şəraitlə tanış olub.

Naxçıvan Muxtar Respublikasının səhiyyə naziri Samiq Sadıxov məlumat verib ki, bundan əvvəl hemodializ xidməti Muxtar Respublika Xəstəxanası, Sağlamlıq Mərkəzi və onun şöbələrində fəaliyyət göstərirdi. Bu da xidmətin hamı üçün əlçatanlığına və keyfiyyətinə mənfi təsir edirdi. Yeni yaradılan mərkəz dializ müalicələrinin vahid mərkəzdən idarə olunmasını və xidmətin operativ təşkilinə imkan verir. Növbəti mərhələlərdə muxtar respublikanın digər bölgələrində də vahid mərkəzə tabe olan hemodializ mərkəzləri istifadəyə veriləcək.

Yeni binada uşaq dializ otağı, 31 çarpayılıq müalicə zalı, intensiv terapiya şöbəsi, reanimasiya, həkim, dərman, laboratoriya və digər otaqlar fəaliyyət göstərir. Mərkəz xidmətin müasir standartlara uyğun təşkili məqsədilə 53 ən son texnologiyaya malik hemodializ aparatı, 68 HD monitorlu, 3 mühərrikli, Wi-Fi və qulaqlıq girişli hemodializ kreslosu ilə təchiz edilib. Bundan başqa, Şərur, Kəngərli, Culfa və Ordubad rayonlarında da müvafiq səhiyyə müəssisələrinə yeni alınan hemodializ cihazı və kresloları verilib.

Fuad Nəcəfli həmin gün Muxtar Respublika Xəstəxanasında şəhid ailələrinin və qazilərin sosial və psixoloji rifahının gücləndirilməsi, onların psixoloji reabilitasiyasına sistemli dəstək göstərilməsi məqsədilə yaradılmış Psixoloji Sağlamlıq Mərkəzi ilə tanış olub.

Səbuhi HƏSƏNOV
XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:232
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 17 Oktyabr 2025 11:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see344

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see340

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see339

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see301

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see293

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see291

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see288

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see278

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see277

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see269

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see268

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see235

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see233

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see230

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see225

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see225

ABŞ nin Ukraynaya diplomatik təzyiqi artır

21 Oktyabr 2026 15:51see222

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see222

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see212

İlkin tibbi yardım üçün ən yaxın səhiyyə müəssisəsinə müraciət edilməlidir Həkim

21 Oktyabr 2026 17:48see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri