Icma.az
close
up
RU
Naxçıvanda yerli əhəmiyyətli avtomobil yolları əsaslı təmir olunub AZƏRTAC

Naxçıvanda yerli əhəmiyyətli avtomobil yolları əsaslı təmir olunub AZƏRTAC

Icma.az bildirir, Azertag portalına istinadən.

Naxçıvan, 30 noyabr, AZƏRTAC

“Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nın icrası çərçivəsində “Əshabi-Kəhf” Ziyarətgahı Dini-Mədəni Abidə Kompleksinin, Culfa şəhərdaxili və Darıdağ Arsenli Su Müalicə Mərkəzinin avtomobil yolları əsaslı təmir edilib.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, noyabrın 30-da Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli yollarda aparılan əsaslı təmir işləri ilə tanış olub.

“Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi” publik hüquqi şəxsin İdarə

Heyətinin sədri Bəhruz Əsgərov məlumat verib ki, 13,9 kilometr uzunluğu olan “Əshabi-Kəhf” yolunun köhnə asfalt-beton örtüyü sökülüb, yol əsasına torpaq və qum-çınqıl materialı verilərək bərkidilib, yol yatağı genişləndirilərək üçqat asfalt örtüyü salınıb. Yolun torpaq hissəsinin eni 11, asfalt hissəsinin eni isə 7,4 metrdir. Avtomobil yolunda 80 müvafiq yol nişanı və işıq əksetdirici 600 siqnal dirəyi quraşdırılıb.

Culfa şəhərinin mərkəzi avtomobil yolu ilə tanışlıq zamanı diqqətə çatdırılıb ki, 7,8 kilometr uzunluğunda mərkəzi avtomobil yollarına ikiqat asfalt örtüyü salınıb. 7-9 metr enində asfaltlanan yolda 52 müvafiq nişan quraşdırılıb, təhlükəsiz və rahat hərəkət təmin olunub.

Darıdağ Arsenli Su Müalicə Mərkəzinə gedən avtomobil yoluna baxış zamanı məlumat verilib ki, yolun əsası bərkidilib, 3,5 kilometr məsafədə üçqat asfalt örtüyü salınıb. Yolun torpaq hissəsinin eni 10, asfalt hissəsinin eni isə 8 metrdir. Müvafiq yerlərdə sürət həddini nizamlamaq, təhlükəsiz hərəkəti təmin etmək üçün 52 yol nişanı və işıq əksetdirici 156 siqnal dirəyi quraşdırılıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:135
embedMənbə:https://azertag.az
archiveBu xəbər 30 Noyabr 2024 19:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see409

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see395

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see340

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

03 Dekabr 2025 00:42see301

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

03 Dekabr 2025 00:38see296

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

03 Dekabr 2025 00:10see285

Şakira uşaqlarının hansı xüsusiyyəti Pikedən aldığını açıqlayıb

03 Dekabr 2025 16:27see261

Rusiya Ukrayna danışıqları dalana dirənib

04 Dekabr 2025 14:36see253

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

03 Dekabr 2025 16:51see238

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

03 Dekabr 2025 09:08see228

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

03 Dekabr 2025 00:24see172

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

03 Dekabr 2025 15:21see155

Mavi Balina necə yüklənilir?

03 Dekabr 2025 17:32see143

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

03 Dekabr 2025 12:22see137

Paytaxtın bu küçələrində sıxlıq var SİYAHI

03 Dekabr 2025 08:48see129

Xainliyin GİZLİ ARXİTEKTURASI: Dövlətə xəyanətin fəlsəfi kökləri və beşinci kolonun Azərbaycan modeli

03 Dekabr 2025 14:30see129

Abşeron Xəstəxanasında xəstə 3 cü mərtəbədən yıxılıb

03 Dekabr 2025 23:01see127

Əxlaqsızlıq yuvasında tutulan kişini cəza gözləyirmi?

04 Dekabr 2025 00:27see126

Puç olan ümidlər

03 Dekabr 2025 08:40see123

Evdə Tək in aktyorlarını təsirli görüntüləri VİDEO

03 Dekabr 2025 00:12see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri