Naxçıvanda yük avtomobili 34 yaşlı piyadanı vuraraq öldürüb
Avtosfer saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Naxçıvanda yük avtomobili 34 yaşlı piyadanı vuraraq öldürüb.
Avtosfer.az "Report"a istinadən xəbər verir ki, hadisə Naxçıvan-Ordubad magistralının Babək rayonu, Nehrəm qəsəbəsi ərazisindən keçən hissəsində baş verib.
Belə ki, Culfa şəhər sakini, 1986-cı il təvəllüdlü Cəfərov Zaur Dadaş oğlu idarə etdiyi "Volkswagen" markalı yük avtomobili ilə piyada, Culfa rayonu, Ərəzin kənd sakini, 1990-cı il təvəllüdlü Qeybullayev Qalib Hüseyn oğlunu vurub.
Piyada hadisə yerində dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.

