Naxçıvanda Zəfər Kuboku voleybol turnirinin qalibi bəlli oldu
Icma.az bildirir, Fanat portalına istinadən.
Naxçıvanda fəaliyyət göstərən dövlət qurumlarının əməkdaşları arasında 44 günlük Vətən müharibəsində qazanılan tarixi qələbənin 5-ci ildönümünə həsr olunmuş voleybol üzrə "Zəfər Kuboku" turniri başa çatıb.
Fanat.Az xəbər verir ki, dekabrın 28-də yarışın final görüşü keçirilib.
İlham Əliyev adına Olimpiya İdman Kompleksində reallaşan həlledici qarşılaşmada Fövqəladə Hallar Nazirliyi (FHN) və Mədəniyyət Nazirliyinin komandaları qarşılaşıb. Oyun 3:2 hesabı ilə FHN-in kollektivinin qələbəsi ilə yekunlaşıb.
Mükafatlandırma mərasimində öncə turnirin hakimləri təşəkkürnamə ilə təltif olunublar. İlk üç yerin sahibi olan komandaların üzvlərinə diplom, medal və kuboklar təqdim edilib. Mükafatları Naxçıvan Muxtar Respublikası gənclər və idman nazirinin müavini, nazir vəzifəsini müvəqqəti icra edən Məcid Seyidov təqdim edib.
Qeyd edək ki, Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Voleybol Federasiyasının Naxçıvan filialının birgə təşkil etdiyi turnir noyabrda start götürmüşdü. Yarışda 10 komanda iştirak edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:69
Bu xəbər 29 Dekabr 2025 18:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















