Naxçıvanın 2026 cı il üçün büdcəsi təsdiqlənib İlk dəfə gəlirlər dotasiyanı üstələyib
Icma.az, Oxu.az portalına istinadən məlumat verir.
Naxçıvan Muxtar Respublikasının (MR) 2026-cı il büdcəsi təsdiq edilib.
Oxu.Az xəbər verir ki, bununla bağlı Naxçıvan Ali Məclis sədrinin birinci müavini Bəxtiyar Məmmədov qanun imzalayıb.
MR-in 2026-cı il büdcə gəlirləri 483 milyon 178 min manat, xərclərinin 483 milyon 178 min manat məbləğində nəzərdə tutulub.
2026-cı il üzrə Naxçıvan Muxtar Respublikasının büdcəsinə nəzər saldıqda gəlir mənbələri üzrə 2025-ci ilə nisbətən 64 milyon 120 min manat və ya 30,9 faiz artım müşahidə olunur.
Həmçinin 2026-cı il üzrə büdcə gəlirləri ilk dəfə olaraq ayrılmış dotasiya məbləğini üstələyib.
Xatırladaq ki, 2026-cı ildə Azərbaycanda dövlət büdcəsi xərclərinin 211.6 milyon manatı və yaxud 0.5%-i Naxçıvanın büdcəsinə verilən dotasiyanın payına düşəcək.
Məlik Məlikov
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:95
Bu xəbər 05 Yanvar 2026 11:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















