Naxçıvanın bəzi yerlərində internet olmayacaq
Cebheinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Naxçıvan Muxtar Respublikasının (MR) bəzi ərazilərində internet və rabitə xidmətlərinin verilişində qısamüddətli fasilələr yaranacaq.
"Cebheinfo.az" xəbər verir ki, bu barədə Naxçıvan MR Rabitə və Yeni Texnologiyalar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, noyabrın 20-si saat 23:55-dən noyabrın 21-i saat 03:00-dək Şahbuz rayonunda, noyabrın 21-i saat 23:55-dən noyabrın 22-si saat 03:00-dək isə Sədərək rayonunda texnoloji infrastrukturda profilaktik təmir-bərpa işləri həyata keçirəcək.
Nazirlikdən verilən məlumata görə, təxirəsalınmaz işlər görülən müddətdə adıçəkilən rayonlar üzrə internet və rabitə xidmətlərinin verilişində qısamüddətli fasilələr yarana bilər.
Profilaktik tədbirlər yekunlaşdıqdan sonra internet və rabitə xidmətlərinin fəaliyyəti tam bərpa ediləcək.
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Baxış sayı:101
Bu xəbər 21 Noyabr 2024 08:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















