Icma.az
close
up
RU
Naxçıvanın dəmiryol infrastrukturunun bərpasına qısa zamanda başlanılacaq

Naxçıvanın dəmiryol infrastrukturunun bərpasına qısa zamanda başlanılacaq

Apa.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“Bu gün ilk sərnişinlərini daşımış Bakı–Ağdam–Bakı dəmir yolu reysi Qarabağ iqtisadi rayonunda ictimai nəqliyyatın əlçatanlığını artırmaqla yanaşı,

Ağdam və ətraf rayonların sosial-iqtisadi dirçəlişinə, Azərbaycanın bu bölgədə nəqliyyat imkanlarının genişlənməsinə, əlçatanlığa, bütövlükdə Böyük Qayıdışa mühüm töhfə verəcək”.

"APA-Economics"in Ağdama ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu "Azərbaycan Dəmir Yolları" QSC-nin sədrinin müavini Nicat Quliyev Bakı-Ağdam qatarının fəaliyyətə başlaması münasibətilə keçirilən tədbir zamanı deyib.

"İşğaldan azad olunmuş ərazilərdə dəmiryol infrastrukturunun bərpası tək Bərdə–Ağdam dəmir yolu ilə məhdudlaşmır. Bu xəttin davamı olaraq artıq Ağdam–Xankəndi dəmir yolunun da inşasına başlanılıb. Bu il iyulun 3-də Prezident İlham Əliyev Xankəndi Dəmir Yolu və Avtovağzal Kompleksinin təməlini qoyub. Bu kompleks də gördüyünüz bu bina kimi ən müasir infrastrukturla, innovativ texnologiya və rəqəmsal həllərlə təchiz ediləcək, sərnişindaşıma üçün bütün qabaqcıl imkanlar yaradılacaq. 2026-cı ilin sonunadək həm Ağdam-Xankəndi dəmir yolunun, həm də Xankəndi Dəmir Yolu və Avtovağzal Kompleksinin açılışı planlaşdırılır", - Nicat Quliyev qeyd edib.

Onun sözlərinə görə, Qarabağla yanaşı Şərqi-Zəngəzur iqtisadi regionunda da dəmiryol infrastrukturu bərpa edilir. Horadiz-Ağbənd dəmir yolu xəttinin layihələndirilmə işlərinin 84%-i, tikinti-quraşdırma işlərinin isə 67%-i yekunlaşıb.

"Hazırda xəttin 75-106 km hissəsində torpaq işləri və mühəndis qurğularının inşası aparılır. Layihə çərçivəsində Yuxarı Mərcanlı, Şükürbəyli, Soltanlı, Qumlaq, Həkəri, Mincivan, Bartaz və Ağbənd stansiyalarının tikintisi nəzərdə tutulur. dəmir yolu xətti boyunca körpülər, avtomobil keçidləri, tunellər, qalereyalar və istinad divarları daxil olmaqla, ümumilikdə 553 mühəndis qurğusunun tikintisi həyata keçiriləcək", - Nicat Quliyev vurğulayıb.

Onun sözlərinə görə, Türkiyə Respublikasında da Naxçıvanla sərhəddə Zəngəzur dəhlizinə birləşəcək Qars-Iğdır-Aralıq-Dilucu dəmiryol xəttinin təməli qoyulub. Bu baxımdan, Naxçıvanın dəmiryol infrastrukturunun bərpası ölkəmizin ali rəhbərliyi tərəfindən prioritet məsələ elan edilib və ADY olaraq ən qısa zamanda bu istiqamətdə işə başlamağı planlaşdırılır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:183
embedMənbə:https://apa.az
archiveBu xəbər 30 Avqust 2025 13:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see314

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see296

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see291

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see288

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see275

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see273

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see253

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see247

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see246

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see244

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see241

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see240

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see233

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see224

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see215

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see209

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see208

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see208

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see197

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri