Icma.az
close
up
RU
Naxçıvanın dövlət büdcəsi necə talanır?

Naxçıvanın dövlət büdcəsi necə talanır?

Icma.az, Newscenter.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.


Mövcud qaydalara əsasən, Azərbaycan Dövlət Tibb Universitetinin, Naxçıvan Dövlət Universiteti Tibb fakultəsinin məzunları həkim mütəxəssis kimi formalaşmaq, ixtisas sahibi olmaq üçün rezidenturaya qəbul olunmalıdırlar. Rezidentura müddəti ixtisasdan asılı olaraq, 2 ildən 5 ilə qədər dəyişir.
Həkim mütəxəssislərin hazırlanması müxtəlif klinik bazalarda həyata keçirilir. Bəzən rezidentlər daha yaxşı bilik və bacarıqlara yiyələnmək üçün əcnəbi ölkələrə üz tuturlar. Bəziləri isə bu təhsili Azərbaycanda alır, amma bir neçə ay əcnəbi ölkədə də təcrübə keçmək şansı qazanırlar. Bu, rezidentin rotasiyası adlanır.
“Rotasiya universitetin müqavilə bağladığı klinikalarla mümkündür və 2 həftədən 6 aya qədər davam edə bilir.(ümumi rezidentura oxuduğu müddətdə, yəni 5-il ərzində maksimum 6 ay ola bilər)
Kimlər rotasiya keçə bilərlər?

“I kurslar rotasiya üçün müraciət edə bilməzlər. Çünki onlar hələ kliniki vərdişlərə tam yiyələnməyiblər. Gedib digər tibb müəssəsində işləmək üçün öncə tibbi biliklərə malik olmalıdırlar. Rezidenturanı bitirməyə 5-6 ay qalmış da müraciət etmək olmaz”.
Ölkə daxilində rotasiya mümkündür?
“Xeyr, rezidentin ölkə daxilində bir kliniki bazadan digərinə köçürülməsi mümkün deyil. Çünki burada əsas məqsəd daha yaxşı və müasir klinikalarda tibbi bacarıqlara yiyələnməkdir. Bunun üçün də Türkiyə və Almaniya daha məsləhətlidir.
Amma Naxçıvanda səhiyyə naziri Samiq Sadıxov və TMİB-in icraçı direktoru Vüsal Məmmədov rezidentlərdən gəlir mənbəyi kimi istifadə edir. Samiq Sadıxovla Vüsal Məmmədov qanunla qadağan olunmağına baxmayaraq Naxçıvanda təhsil alan rezidentləri böyük məbləğli hədiyyələrin müqabilində adlarının Naxçıvan xəstəxanalarında təhsil alan kimi getməsinə şərait yaradaraq faktiki Bakı şəhərində yaşayıb öz şəxsi işləri ilə məşğul olmalarına imkan sağlayır. Bu da gələcəkdə savadsız və həm də səriştəsiz həkim kütləsinin çoxalmasına, insanların sağlamlığının təhlükə altına atılmasına səbəb olur.
Biz siyahıda ümumi 20-dən artıq rezidentin adı qeyd edilsə də, bu siyahıya Naxçıvanda guya təhsil alan 200 nəfərdən çox rezidentin ən azı 90%-nə də əlavə etmək olar. Naxçıvanda qalaraq faktiki təhsil alan rezidentlərin sayını dəqiqləşdirsələr, 20 nəfər ola ya olmaya.
Rezidentlərə təhkim edildikləri xəstəxanalardan burda olmadıqları halda tabel yazılır, davamiyyət jurnallarında onların imzaları saxtalaşdırılaraq imza atılır, ay sonunda da burda olmuşdur kimi aylıq tabel yazılaraq onlara əmək haqqı ödənilir. Yəqin ki, Naxçıvanın səhiyyə mühitində yerli büdcənin talanmasına yönəlmiş bu əməllərdən hər iki tərəf qarşılıqlı şəkildə faydalanır.
Əvvəllər bəzi hallarda Naxçıvan şəhər poliklinikasında və digər şəhər tibb müəssələrində onların adlarına uzun müddətli əmək qabiliyyətini itirmək barədə bülletenlər açılıraq təhsildən yayındırılsalar da hazırda əksəriyyət rezidentə icazə şifahi qaydada verilir. (qanunda qeyd edilir ki, əgər rezident uzun müddət, yəni, əmək qabiliyyətini fasiləsiz olaraq 6 (altı) aydan çox müddətə tam itirdikdə Rezidentura təhsilinə xitam verilməlidir).
Yuxarıda qeyd etdiyimiz kimi 1-ci kurslara ümumiyyətlə rotasiya qadağan olunsa da, Naxçıvan Səhiyyə naziri Samiq Sadıxov canbir dostu TMİB-in icraçı direktoru Vüsal Məmmədovla əlbir olaraq Azərbaycanın heç bir yerində təsadüf olunmayan, konkret korrupsiya cinayəti yaradan halları belə heç nədən çəkinib-qorxmadan, Azərbaycan qanunlarından kənar kefləri istədikləri kimi mümkün ediblər. Dünyada elm və texnikanın sürətlə inkişaf etdiyi bir dövrdə, Naxçıvanda ixtisasa yiyələndiyi şöbəni ümumiyyətlə tanımayan rezidentlər var. Savadsız yetişdirmələri bir yana qalsın, həmin rezidentlər Naxçıvandan rezident əmək haqqısı alaraq, faktiki dövlət büdcəsinin bir qrup vəzifəli şəxslərlə əlbir olaraq rezident əmək haqqısı alırlar ki, bu da onsuz da datasiya ilə formalaşan Naxçıvan MR-nın büdcəsinin talanmasında iştirakçı olurlar. Beləliklə, səhiyyə naziri Samiq Sadıxov kimi TMİB-in icraçı direktoru Vüsal Məmmədov kimi korrupsioner məmurlar dövlətin büdcəsi hesabına var-dövlət toplayıb çoxsaylı mənzillər, bahalı dövlət qeydiyyat nişanı olan maşınlar əldə edirlər. Bu faktın sübutu mənimsənilən pullar kimi çox sadədir- Naxçıvan Muxtar Respublikasına sərhəd buraxılış məntəqələrindən giriş-çıxış yoxlanılır, korrupsiya cinayəti tam formada ortaya çıxır.
Sima Babayeva
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:237
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 21 Noyabr 2024 15:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see317

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see308

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see303

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see276

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see259

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see241

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see238

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see225

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see221

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see219

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see218

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see215

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see209

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see205

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see194

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see194

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see192

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see192

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see176

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri