Icma.az
close
up
RU
Naxçıvanın rabitə məsələsi necə həll olunacaq? Rəsmi açıqlama

Naxçıvanın rabitə məsələsi necə həll olunacaq? Rəsmi açıqlama

Qafqazinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Məlum olduğu kimi, ötən həftə “Naxtel” MMC dekabrın 1-dən telekommunikasiya xidmətlərini dayandıracağını bəyan edib. 

“Qafqazinfo” xəbər verir ki, İKT üzrə ekspert Osman Gündüz İran və Ermənistanla üz-üzə duran bir regionda illərlə formalaşmış və dayanıqlı milli rabitə infrastrukturunun birdən-birə ləğv edilməsinin sual doğurduğunu düşünür.

O. Gündüz bildirib ki, “Naxtel” Naxçıvanda ən geniş əhatəyə malik mobil operator olub: “4G xidməti ilə Muxtar Respublikanın ən ucqar yaşayış məntəqələrində belə sabit rabitə və interneti təmin edirdi. Üstəlik, geniş tezlik resurslarına sahib idi. Halbuki burada fəaliyyət göstərən “Azercell”, “Bakcell” və “Nar” yalnız məhdud ərazilərdə - əsasən rayon və şəhər mərkəzlərində xidmət göstərə bilirlər. “Naxtel”in bağlanmasından sonra Naxçıvan əhalisi dayanıqlı və keyfiyyətli mobil rabitə və internet xidmətinə çıxış əldə edə biləcəkmi? “Naxtel”in əhatə etdiyi ucqar kəndlərdə yaşayan insanların taleyi necə olacaq? Sadə hesablama göstərir ki, ya bu ərazilər rabitəsiz qalacaq, ya da onların telefonlarında “İrana xoş gəlmisiniz” mesajı görünəcək”.

Ekspertin sözlərinə görə, burada diqqətçəkən digər mühüm məqam həm də təhlükəsizlikdir. 

Məsələ ilə əlaqədar RİİN yanında İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinə müraciət etdik. Agentlikdən sorğumuza cavab olaraq bildirildi ki, qurum “Naxtel” MMC-nin fəaliyyətinin dayandırılmasından irəli gələn proseslərin ədalətli, şəffaf və abunəçi hüquqlarına zərər vurulmadan həyata keçirilməsinə ciddi nəzarət edir: “Telekommunikasiya bazarında sabitliyin qorunması, abunəçilərin telekommunikasiya xidmətlərinə maneəsiz çıxışının təmin edilməsi və istifadəçilərin hüquqlarının müdafiəsi məqsədilə Agentlik proseslərin koordinasiyasını həyata keçirməkdədir və tərəflərə öz tövsiyələrini təqdim edib.

Naxçıvan əhalisinin bundan sonra da dayanıqlı və keyfiyyətli mobil telekommunikasiya və internet xidmətlərinə çıxışı və Muxtar Respublikanın hətta ucqar bölgələrində yaşayan əhalinin də bu imkanlardan faydalanması təmin olunacaq. Hazırda Naxçıvan Muxtar Respublikasında “Azercell Telekom” MMC, “Bakcell” MMC və “Azerfon” MMC-nin əhatə dairəsi əhali üzrə 95% təşkil edir”.

Gülnar Əliyeva

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:168
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 08 Sentyabr 2025 16:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Barselona”dan möhtəşəm qələbə: 7 qollu oyunda “Rayo” darmadağın edildi

01 Sentyabr 2026 01:35see303

Türkiyəli nazirdən Zəngəzur dəhlizi ilə bağlı mühüm açıqlama: Qars Dilucu dəmir yolu istifadəyə veriləcək

01 Sentyabr 2026 10:59see298

Paşinyanın Moskva səfərinin əsas məqsədi nə olacaq? ŞƏRH

02 Sentyabr 2026 17:44see247

Kosmosda sakitlik olacaq? Sentyabrın ilk yarısında maqnit fırtınaları ilə bağlı proqnoz

01 Sentyabr 2026 04:02see245

Havaların qəfil dəyişməsi sağlamlığımıza necə təsir edir? HƏKİM DANIŞDI

01 Sentyabr 2026 12:04see242

Zamiq 90 dəqiqə oynadı, “Eqnatiya” geri dönüş etdi

01 Sentyabr 2026 02:14see240

Azərbaycanı Düşənbədə onlar təmsil edəcək

02 Sentyabr 2026 03:20see228

Bakıda ən bahalı, 10 milyon manatlıq evin içində nə var ki? ƏCAİB QİYMƏTLƏR

01 Sentyabr 2026 17:16see226

Goranboyda güclü partlayış oldu

02 Sentyabr 2026 01:20see221

Bu vərdişlər diş çürüməsi riskini artırır ARAŞDIRMA

01 Sentyabr 2026 09:02see217

Mərkəzi Bank 230 milyon manatlıq notları hərraca çıxarır

01 Sentyabr 2026 21:38see212

Sənədsiz evlərlə bağlı çıxış yolu hansıdır? AÇIQLAMA

01 Sentyabr 2026 21:07see207

Putinlə Paşinyan arasında mübahisə düşdü

02 Sentyabr 2026 01:17see203

Flik “Barselona”dan ayrıla bilər

02 Sentyabr 2026 03:18see200

“Bizi udmaq istəyənlər ağzının üstündən zərbə alacaq” Putin Bişkekdə nəyə işarə etdi?

02 Sentyabr 2026 01:56see199

Su İdman Sarayında padel tennis kortunun açılışı olub FOTO

01 Sentyabr 2026 23:47see194

Azərbaycanlı aktrisa: İstanbullu gəlin idim, oldum istanbullu turist...

01 Sentyabr 2026 17:33see188

59 yaşlı Nikol qırmızı xalıya şəffaf geyimdə çıxdı

01 Sentyabr 2026 13:37see187

Vens: ABŞ ın səylərinin böyük hissəsi gəmilərin boğazdan sərbəst keçidinin təmin edilməsinə yönəlib

01 Sentyabr 2026 05:02see170

Xalq artisti: Məni ad gününə, toylarınıza da çağırmayın (Video)

01 Sentyabr 2026 15:15see162
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri