Naxçıvanın tibb işçiləri Bakıda ixtisasartırma təlimlərinə cəlb olunub
Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Naxçıvan, 30 iyun, AZƏRTAC
“Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”na uyğun olaraq, səhiyyə sistemində bilik və bacarıqların artırılması, eyni zamanda yerli təlimçi heyətinin formalaşdırılması istiqamətində mühüm addımlar atılır.
Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, bu məqsədlə nazirliyin təşəbbüsü ilə yaradılan Seminar, Treninqlər və Simulyasiya Mərkəzinin fəaliyyətinin təşkili üçün ilkin mərhələdə seçilmiş həkim-təlimçilər Bakı şəhərində ixtisasartırma təlimlərində iştirak edirlər.
Hazırda 12 nəfər həkim heyəti Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda “Tibb elmlərinin tədrisi” mövzusunda təlimçilər üçün təşkil olunan təlim kursuna qatılıb.
Təlim proqramı çərçivəsində həkimlər simulyasiya əsaslı yanaşmalar, tədris metodikaları və praktik bacarıqlar üzrə biliklərini artıracaq, gələcəkdə bölgədə sertifikasiya proseslərinin təşkili və peşəkar hazırlıq sisteminin qurulmasına töhfə verəcəklər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:100
Bu xəbər 30 İyun 2025 22:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















