Icma.az
close
up
RU
Naxçıvanın yeni rəhbərini kim “vurdu”? Gizli qrupun arxasındakı ad

Naxçıvanın yeni rəhbərini kim “vurdu”? Gizli qrupun arxasındakı ad

Icma.az, Demokrat.az portalına istinadən məlumat yayır.

Naxçıvan əhalisinin Prezidentin bölgə üzrə yeni səlahiyyətli nümayəndəsi Ceyhun Cəlilovun fəaliyyətindən narazı olduğuna dair iddialar səsləndirilir. Bu barədə “Gündəlik Naxçıvan” səhifəsinə danışan yerli sakinlər əsas problemin şikayətçilərin qəbul edilməməsi olduğunu bildiriblər. Onların sözlərinə görə, problemlərini çatdırmaq üçün quruma üz tutan vətəndaşlar binanın ətrafından uzaqlaşdırılır, ünvanlanan məktub və teleqramlara isə cavab verilmir.
Demokrat.az xəbər verir ki, Globalinfo.az-a danışan Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu deyib ki, hazırda Naxçıvanda baş verən hadisələr barədə ətraflı məlumata malik deyil:
“Konkret olaraq insanların nədən və niyə narazı olduqları barədə fikir bildirə bilmirəm. Ancaq ümumilikdə idarəetmə sahəsində qüsurlar mövcuddur. İdarəetmə prinsiplərinin müəyyənləşdirilməsi və kadr siyasətindəki problemlər fonunda narazılıq yaranır”.
TNS saytının rəhbəri, əslən Naxçıvandan olan Tural Səfər isə bildirib ki, Azərbaycan əleyhinə böhtan kampaniyasını idarə edən qüvvələr sistemli iş aparırlar:
“Onlar Cənubi Qafqazda daimi və qalıcı sülhün olmasını istəmirlər. Zəngəzur dəhlizinin açılması da onların marağına uyğun deyil. Bu baxımdan Naxçıvanı təsadüfən əsas hədəf seçməyiblər. Tramp yolunun keçəcəyi Naxçıvanın bu mərhələyə hazırlanması mühüm əhəmiyyət daşıyır. Son aylarda Naxçıvan Muxtar Respublikasının inkişafı, yeni mərhələyə hazırlanması üçün böyük layihələrin icrasına start verilib.
Naxçıvanda əvvəlki illərdə icrası yubadılan Dövlət Proqramının tətbiqi istiqamətində də ciddi tədbirlər görülür.  Bu o deməkdir ki, regionda marağı olan qüvvələrin planları pozulur. O zaman nə etmək lazımdır? Dezinformasiya yayaraq əhali arasında çaşqınlıq, narazılıq, yeni rəhbərliyə inamsızlıq yaratmaq lazımdır. Ona görə də bir neçə il bundan əvvəl “Facebook” sosial şəbəkəsində yaradılan “Gündəlik Naxçıvan” adlı səhifədə paylaşılan qərəzli məlumatların sayını, yalanın dozasını xeyli artırıblar”.
Jurnalist qeyd edib ki, son 2 ayda bu səhifədə paylaşılan “tənqidi” yazıların hamısı dezinformasiyadır:
“Gündəlik Naxçıvan”a şikayət göndərən hesablar feykdir. Əgər gerçək şəxslərdirsə, bizimlə əlaqə yaratsınlar. Biz onların problemlərini Almaniyada oturub, guya naxçıvanlıların dərdinə yananlardan daha tez həll edərik.
Bu səhifəni yaradanlar kimlərdir? Səhifənin sahibləri, yaxud adminləri niyə özlərini gizlədirlər? Səhifədə yerləşdirilən telefon nömrəsindən anlaşılır ki, “Gündəlik Naxçıvan” Çexiyada yaradılıb, oradan idarə olunur. Deməli, onlar üçün heç bir risk yoxdur. Bəs özlərini niyə gizlədirlər? Ona görə üzə çıxmırlar ki, naxçıvanlılar onların kimliyini öyrənsə, necə yalançı, qərəzli insanlar olduqlarını, hansı ölkənin xüsusi xidmət orqanının qucağında oturduğunu biləcəklər.
“Gündəlik Naxçıvan” Çexiya nömrəsi ilə Almaniyadan idarə olunur, bu səhifəni yaradan “Xırxır Mamed”in kürəkəni Nadirdir. Orada paylaşılanların dezinformasiyadır.
İnanıram ki, bu gün Naxçıvanı Vətənini sevən, dövlətinə bağlı, Prezidentin tapşırıqlarını yüksək səviyyədə icra etmək bacarığına malik şəxslər idarə edir. Naxçıvan yaxın illərdə, sözün əsl mənasında, Qafqazın Dubayına çevriləcək”.
Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:402
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 23 Fevral 2026 13:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see327

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see319

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see315

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see306

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

18 Noyabr 2026 21:21see287

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see267

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see254

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

19 Noyabr 2026 09:27see249

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see248

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see247

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

19 Noyabr 2026 14:04see242

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

19 Noyabr 2026 15:22see219

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see219

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

19 Noyabr 2026 17:17see213

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see204

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

19 Noyabr 2026 19:14see198

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

19 Noyabr 2026 18:59see195

Əliyevlə deyil, kimlə imzalayım? Lula da Silva ilə?

18 Noyabr 2026 21:19see183

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

20 Noyabr 2026 00:00see183

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

19 Noyabr 2026 21:00see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri