Icma.az
close
up
RU
Naxçıvanla bağlı bu qərarın detalları açıldı Muxtar Respublikada nə baş verir?

Naxçıvanla bağlı bu qərarın detalları açıldı Muxtar Respublikada nə baş verir?

News24 saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev “2024-cü il dövlət büdcəsi haqqında” qanunun tətbiqi ilə bağlı bir sıra məsələlər barədə 26 dekabr 2023-cü il tarixli fərmanında dəyişiklik edib. Fərmana əsasən, bu il “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nın maliyyələşdirilməsi xərcləri 70 milyon manatdan 41,7 milyon manata endirilib.

Bu azaldılma nə ilə bağlıdır?

Globalinfo.az-a danışan sabiq maliyyə naziri, iqtisadçı alim Fikrət Yusifov deyib ki, 5 oktyabr 2024-cü il tarixdə də Prezidentin imzaladığı fərmanla “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı” ilə nəzərdə tutulmuş tədbirlərin maliyyələşdirilməsinə 2024-cü ildə ayrılması nəzərdə tutulan 249,1 milyon manat məbləğində vəsaitin həcmi 179,1 milyon manat azaldılaraq, 70 milyon manata endirilib:

“Prezidentin 19 noyabr 2024-cü il tarixli Fərmanı ilə həmin vəsaitin həcmi bu dəfə 28,3 milyon manat azaldılaraq 70 milyon manatdan 41,7 milyon manata endirildi.

Prezidentin bir ay yarım ərzində imzaladığı fərmanlar onu göstərir ki, “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı” üzrə 2024-cü ildə nəzərdə tutulan tədbirlərin icrası sahəsində ciddi problemlər mövcuddur. Heç şübhəsiz, Prezidentin 26 dekabr 2023-cü il tarixli sərəncamı ilə proqramda nəzərdə tutulan tədbirlərin 2024-cü ildə maliyyələşdirilməsi üçün 249,1 milyon manat vəsait ayrılarkən cari ildə həmin vəsaitlərin tam istifadə edilə biləcəyi əsaslandırılmışdı, əks halda, bu məqsəd üçün o qədər vəsait nəzərdə tutulmazdı. Görünən odur ki, Naxçıvanda yerli hökumət cari ilin ötən dövrü ərzində “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı” ilə 2024-cü ildə icrası nəzərdə tutulan işlərin yerinə yetirilməsini təmin edə bilməyib. Bu səbəbdən də cari ilin ötən 10 aydan bir qədər artıq zaman kəsiyində vəsaitlərdən istifadənin real vəziyyəti nəzərə alınaraq nəzərdə tutulan vəsaitin həcmi Prezidentin müvafiq fərmanları ilə 207,4 milyon manat və ya 83,0%-dən çox azaldılıb”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:63
embedMənbə:https://news24.az
archiveBu xəbər 23 Noyabr 2024 09:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara və Ağ Məryəm Bağırova yazır

08 Dekabr 2025 14:14see492

Formula 1: Mövsümün qalibi müəyyənləşdi

07 Dekabr 2025 18:47see191

Azad Şabanov “Qızım” mahnısını təqdim etdi VİDEO

08 Dekabr 2025 14:39see190

Tramp “Netflix” “Warner Bros.” anlaşmasına mane ola bilər

07 Dekabr 2025 16:43see179

Ömrün ağırlığı çökmüş vərəqlər Rafael Hüseynov yazır

08 Dekabr 2025 09:43see145

Sumqayıtda 7 aylıq körpə ölüb

08 Dekabr 2025 00:56see138

Merz: Almaniya Fələstin dövlətini tanımayacaq

07 Dekabr 2025 17:44see137

Volkandan gözlənilməz qərar

07 Dekabr 2025 20:12see137

Qəzzada atəşkəsə BMT qüvvələri nəzarət etməlidir” HƏMAS lideri

07 Dekabr 2025 20:34see134

Hiperaktivlik vaxtında müalicə olunmasa, uşağın gələcək həyatı təhlükədədir

07 Dekabr 2025 16:01see134

“Lexus” kanala aşdı 5 nəfər öldü KONKRET

07 Dekabr 2025 09:54see134

İçərişəhər Dövlət Tarix Memarlıq Qoruğunun ərazisində taktiki xüsusi təlim keçirilib

07 Dekabr 2025 11:52see132

Netanyahu siyasətdən getməyəcək

07 Dekabr 2025 19:36see132

Tehran BƏƏ nin iddialarını rədd etdi: Üç ada İranındır

07 Dekabr 2025 12:57see131

Erməni din xadimlərinin görüşü təxirə salındı Eçmiədzin səbəbi açıqladı

07 Dekabr 2025 19:03see131

Ad gününə lotereya aldı, 500 min dollar uddu

07 Dekabr 2025 10:04see130

İsa bəy Hacınski haqqında gecikmiş KİTAB

08 Dekabr 2025 17:39see129

Mütəxəssislər xəbərdarlıq edir: “Tox qarına yatmaq sağlamlıq üçün risklidir”

07 Dekabr 2025 17:01see127

Əsl insan beynindən hazırlanan kompüterlər gəlir

08 Dekabr 2025 03:04see126

Orban Türkiyəyə gedir

08 Dekabr 2025 00:58see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri