Icma.az
close
up
RU
Naxçıvanla Qarabağ arasında bu marşurut açılacaq Gorus Qarakilsə Ərikli Şahbuz

Naxçıvanla Qarabağ arasında bu marşurut açılacaq Gorus Qarakilsə Ərikli Şahbuz

Icma.az, News24 portalına istinadən məlumat yayır.

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri, Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü Musa Quliyev Teleqraf-ın suallarını cavablandırıb.

News24.az onunla müsahibəni təqdim edir:

- Musa müəllim, Ermənistan tərəfindən Zəngəzur dəhlizinin açılmasının yubadılması alternativ olaraq İran ərazisindən Araz çayı sahili ilə Naxçıvana yolun açılmasını təşviq edir. Bu yolun əhəmiyyətini necə dəyərləndirirsiniz?

- Sözsüz ki, Zəngəzur dəhlizi ilə İran ərazisindən keçən yolu qarşılaşdırmaq o qədər də məntiqli deyil. Hər iki yolun açılıb işləyəcəyinə əminik. Ola bilər ki, biri bir az, digəri isə gec açılsın. Bunu tarix və regionda gedən proseslərin istiqaməti diktə edir. Hər iki yolun açılması mümkün olacaq. Region bununla əməkdaşlıq, tərəqqi bölgəsinə çevriləcək. Ötən gün Gürcüstan prezidentinin Azərbaycana səfəri çərçivəsində Prezident İlham Əliyevlə mətbuata verdiyi bəyanatlarda da bu məqamlar önə çəkilib. Regionun dünyanın sülh, əməkdaşlıq, çiçəklənən bölgəsinə çevrilməsi niyyəti var.

- Rəsmi İrəvanın regional əməkdaşlıqda iştirakı gözlənilirmi? Ermənistan bu prosesdə nə dərəcədə maraqlı görünür?

- Ermənistanda da artıq bunu başa düşür, dərk edirlər. Sadəcə, Baş nazir Nikol Paşinyan biraz ehtiyatlı davranır. Ermənistan konstitusiyasının dəyişdirilməsi, ATƏT-in Minsk qrupunun ləğvi ilə bağlı artıq müsbət siqnallar eşidilməkdədir. Yavaş-yavaş ictimai rəy də buna hazırlanır. Qalib ölkə ilə məğlub ölkə arasındakı ictimai rəy fərqlidir. İctimai rəyə təsir etmək o qədər də asan deyil. Burada bəzi məqamlar çox vaxt üst-üstə düşmür. Ona görə də Ermənistan cəmiyyəti də başa düşür ki, onlara ikinci dəfə "Dəmir Yumruq"un zərbəsinin dəyməsinin sarsıdıcı nəticələri ola bilər. Onlar da bunu başa düşməlidir.

- İran ərazisindən Naxçıvana yolun açılması Bakı-Tehran münasibətlərində nə kimi dəyişikliklər edə bilər?

- Azərbaycanla İran arasında münasibətlərin istiləşməsində, yaxşılamasında şübhəsiz ki, Araz dəhlizinin də müsbət rolu olacaq. Şərtlərin nədən ibarət olacağı və hansı qaydalarla burada keçidin təmin ediləcəyi sonrakı dövrdə aydınlaşacaq. Yoxlamaların hansı qaydada olacağı ilə bağlı indidən dəqiq məlumat vermək olmur. Elektron və ya fərdi yoxlanışların, gömrük taarifinin necə olacağı hökumətlər arası komissiya tərəfindən dəqiqləşdiriləcək.

- Zəngəzur dəhlizinin digər alternativlər fonunda perspektivinin azalması ehtimalı varmı?

- Araz dəhlizinin açılacağı fonunda Zəngəzur dəhlizinin perespektivini itirəcəyi ilə bağlı yanaşmalar doğru deyil. Zəngəzur dəhlizinin perespektivi həmişə böyükdür. Bu, Azərbaycan üçün tarixi əhəmiyyət kəsb edir. Eyni zamanda Naxçıvana gediş-gəliş baxımından alternativ variantların olması vacibdir. Ermənistanla sülh müqaviləsi imzalandıqdan sonra Naxçıvanla Qarabağ arasındakı ənənəvi Gorus-Qarakilsə-Ərikli-Şahbuz marşurutu üzrə olan yol da açılacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:82
embedMənbə:https://news24.az
archiveBu xəbər 17 Aprel 2025 14:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see300

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see239

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see219

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see212

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see206

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see187

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see187

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see172

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see171

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see164

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see154

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see154

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see153

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see152

İranda ŞOK hadisə Öldü bilinən ağır yaralı plastik torbada 3 gün sağ qaldı

22 Yanvar 2026 17:55see151

Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22 Yanvar 2026 16:08see151

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see151

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see151

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see147

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see146
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri