Icma.az
close
up
RU
Naxçıvanlı alimin monoqrafiyası Türkiyədə işıq üzü görüb

Naxçıvanlı alimin monoqrafiyası Türkiyədə işıq üzü görüb

Xalq qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

AMEA Naxçıvan Bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, professor Əbülfəz Quliyevin yeni monoqrafiyası nəşr olunub. “Əski türkcədə şəxs adları (Ötükən və Turfan türklərinin antroponimləri)” (Eski türkçede şahıs adları (Ötüken ve Turfan türklerinin antroponimleri) adlı monoqrafiya Ankarada “Sonçağ” nəşriyyatında Türkiyə türkcəsində çapdan çıxıb.

Bu haqda “Xalq qəzeti”nə bölmənin mətbuat xidmətindən məlumat verilib. Məlumatda qeyd olunur ki, əsərin elmi redaktoru professor Osman Mərt, rəyçisi isə professor Şurəddin Məmmədlidir və monoqrafiya “Giriş”, üç fəsil, “Nəticə”, “Qısaltmalar” və “Biblioqrafiya” adlı bölmələrdən ibarətdir.

Əsərin girişində antroponimlər müasir türk xalqlarının dilini, tarixini, mifoloji təfəkkürünü, etnoqrafiyasını, türk mədəniyyətinin qədim mərhələlərini öyrənmək baxımından zəngin və etibarlı mənbə kimi səciyyələndirilir. Qədim türk yazılı abidələrinin, türk dilinin onomastik vahidlərinin tədqiqi tarixindən, məsələni araşdırmış tədqiqatçılardan, nəşr edilən əsərlərdən bəhs olunur, V.Tomsen, V.Radlov, H.N.Orkun, S.Q.Klyaştornı, İ.A.Batmanov, T.T.Orhun və başqalarının bu sahədəki fəaliyyəti şərh edilir. 

“Ötükən türklərinin antroponimləri” adlanan ilk fəsil əski türk adlarının əsas səciyyəvi xüsusiyyətləri, tarixən geniş istifadə edilmiş xanədan adları, Ötükən türklərinə məxsus vəzifə, ləqəb və müraciət formaları, tarixi şəxsiyyət adları, sadalanan antroponimlərin leksik-semantik qrupları, Ötükən uyğurlarının antroponimləri, mifonim və teonimləri əhatə edir.

“Turfan uyğurlarının antroponimləri” adını daşıyan növbəti fəsildə Turfan uyğurları tərəfindən işlədilmiş adlardan, qadın adlarından, ləqəb və müraciət formalarından, həmçinin uyğur türklərinə məxsus qədim dövlət sənədlərində işlənən antroponimlərdən bəhs olunur.

Monoqrafiyanın sonuncu fəsli “Qaraxanlı türklərinin antroponimləri” adlanır. Burada türk dilinin öyrənilməsində mühüm rolu olan “Divani-lüğət it-türk” və “Qutadqu-bilik” əsərlərində adı çəkilən antroponimlər linqvistik təhlil olunur.

Monoqrafiyada Göytürk, Uyğur və XI əsrə aid Uyğur-Oğuz antroponimlərini tarixi-müqayisəli metodla araşdıran professor Əbülfəz Quliyev maraqlı elmi nəticələr əldə etmişdir. Müəllif həmin nəticələri 26 bənddə ümumiləşdirmiş, mövzunu tədqiq edərkən fərqli üslub ortaya qoymuşdur.

Əsərdə istifadə olunan ixtisar və qısaltmaların izahları, habelə araşdırma zamanı istinad edilmiş 200-dən artıq elmi mənbənin siyahısı monoqrafiyanın sonuna əlavə edilmişdir.

Səbuhi HƏSƏNOV

XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:123
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 03 Aprel 2025 17:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see267

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see222

Çin Rusiya ilə ticarəti beş ildən sonra ilk dəfə azaldır...

15 Yanvar 2026 06:34see220

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see206

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see198

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see169

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see167

Bizə məlumat verdilər ki, İranda qətllər dayanıb, yoxlayacağıq

15 Yanvar 2026 04:23see160

İsrail bu aviabazadan personalı təxliyə edir

15 Yanvar 2026 04:22see160

Astroloqların proqnozu: 2026 cı ildə hansı bürclər ən yaxşı maliyyə perspektivi və gəlirə sahib olacaq?

15 Yanvar 2026 04:21see159

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

15 Yanvar 2026 04:37see151

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see151

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see149

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see147

Qaraciyəri toksinlərdən təmizləyən təbii vasitə

15 Yanvar 2026 04:52see145

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see145

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see145

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see143

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see142

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri