Naxçıvanlı güləşçilər Türkiyədə “Ani Cup” turnirində 17 qızıl medal qazanıblar
Icma.az, Yeniazerbaycan portalına istinadən məlumatı açıqlayır.
Türkiyənin Qars şəhərində Ani şəhərinin fəthinin ildönümünə həsr olunmuş “Ani Cup” adlı güləş turniri keçirilib. Yarışda Türkiyə, Azərbaycan və İrandan ümumilikdə 8 komanda tərkibində 150-dən çox idmançı mübarizə aparıb.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, turnirdə Azərbaycanı baş məşqçi Faiq İsgəndərovun rəhbərliyi ilə 23 idmançıdan ibarət Naxçıvan yığma komandası təmsil edib. Məşqçilər Orxan Əsgərov, Barı Əliyev, həmçinin hakim qismində Nihad Muradov da turnirdə iştirak ediblər.
Güləşçilərimiz turnirdə uğurla çıxış edərək ümumilikdə 31 medal qazanmağa müvəffəq olublar. Sərbəst güləşdə 14 qızıl, 4 gümüş və 3 bürünc, yunan-Roma güləşində isə 3 qızıl, 5 gümüş və 2 bürünc medal qazanılıb.
Bundan başqa, 12-13 yaş qrupu üzrə həm sərbəst güləş, həm də yunan-Roma güləşində komanda hesabında birincilik əldə olunub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:73
Bu xəbər 17 Avqust 2025 18:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















