Icma.az
close
up
RU
Naxçıvanlılar Vasif Talıbovdan nələr danışır? Fotolar

Naxçıvanlılar Vasif Talıbovdan nələr danışır? Fotolar

Axar.az saytına istinadən Icma.az xəbər verir.

21 ildən sonra ikinci səfər: Naxçıvanın necə dəyişdiyini öz gözlərinlə görmək üçün əla fürsət idi – bir tərəfdə təəssüf (iki onillikdən də çox zamanda bu şəhərə gəlməmək), bir tərəfdə isə...

2003-cü ildə təyyarə də, hava limanı da başqaydı: pilləkənlə birbaşa “asfalta” enib, səliqəsiz, kənarlarında çınqıllar toplanmış, çala-çökək yolla yükümüz əlimizdə getmişdik – marşrut avtobusundan rayon vağzalına düşərcəsinə.

İndi tamamilə fərqlidir – çıxış nəzarəti təbii ki, yoxdur, amma nizam, hava limanı binasından keçid və... Səliqə-sahmanla öndə dayanan taksilər.

Taksilərdən birinə yaxınlaşırıq, qapısı açıqdır, uniformalı bir uzun gənc sürücəyə səslənir: “Qapını bağla, bilmirsən ki, qapı açıq olmaz?!”

“Sövdələşmə” üçün taksinin içində danışırıq: şəhərə 10 manata aparırlar, 2-3 adam götürüb, məbləği bölüşə də bilərik!

Hava limanı ilə şəhər arasındakı məsafə çox deyil, sürücü “ölçməmişəm, 3-4 km olar” deyir – yəni tənbəllik etməsən, ətrafı ağaclarla, gül-çiçəklə bəzənmiş yolla Naxçıvana qədər gözəl yürüş də edə bilərsən.

Dumanlı Naxçıvan

Naxçıvanlıların “qatı millətçiliyi” çox təbiidir: Güneyi bizdən ayıran Araz gözlərinin önündədir. Araz Naxçıvan sahilində sanki Güneyi bizdən daha çox qoparmağa çalışır, əməllicə genişlənir, baxanda elə bil göl görürsən. Birinci kursda mühazirə oxuyan müəllimimin dediyi və beynimə həkk olunan bayatını xatırlayıram:

Mənin torpağımı ikiyə bölən

Tək Araz olsaydı, mənim nə dərdim!

İnan ki, Arazın tutub belindən

Mən onun özünü iki bölərdim!

Bunlar günün sonuna yaxın Fəxri xiyaban və Bayraq meydanını ziyarət edərkən ağlımdan keçəcəkdi...

Səhər isə Araz Naxçıvana çökən qatı dumana görə “yad edilirdi”.

Bir duman vardı ki – Naxçıvan lap “Dumanlı Təbriz” olmuşdu; o qədər qatı idi, 20-30 metr önü görmək olmurdu.

“Araza görədir, sübh çağı Arazdan qalxır duman, Naxçıvana çökür. Yaxşı hava olacaq demək. Bir azdan duman çəkiləcək”, - sürücü deyir.

Dediyi kimi də olur!

Əshabi-Kəhf möcüzəsi

Culfa rayonu ərazisindədir, ancaq Naxçıvanla arası 12 kilometr civarındadır.

Abadlaşıb! Pilləkənləri, dincəlmə yerləri, məscidi - hər şey yerin ecazkar aurasını tamamlayır. Ancaq bu ecazkarlığın əsl səbəbkarı naxçıvanlılar özləridir.

Azərbaycanlıları qonaqpərvərliklə təəccübləndirmək çətin məsələdir – çünki biz hamımız qonaqpərvərik, min ildir bu tərbiyə, mədəniyyət, əxlqla yaşayırıq, tərbiyə alırıq və sonrakı nəsilə ötürürük. Ancaq Naxçıvanda qonaqpərvərliyə hətta biz də təəccübləndik və bu, Əshabi-Kəhfdən başladı.

Sübhdən xəzəllər təmizlənirdi, ziyarətçiləri qarşılamağa hazırlaşırdılar. İlk pilləyə ayağımızı qoyduqda “sabahınız xeyir, xoş gəldiniz”lə qarşılandıq və bu, yalnız orda çalışanlara aid deyildi: ziyarətə gələn bütün insanlar, qarşına çıxanların hamısı gülümsəyərək salamlaşır, “xoş gəldin” edir, ziyarətinin qəbul olunmasını diləyir – istisnasız olaraq.

Elə Naxçıvanın özündə də - parkda gəzdiyin halda qarşılaşdığın xüsusilə orta yaşlı insanlar salamsız ötüb keçmirlər.

Hər pilləni qalxdıqla ziyarət barədə özləri məlumat verir – ilk dəfə gəldiyini öyrəndilərsə, necə və haranı ziyarət etmək lazım olduğunu deyirlər: 7 məsumun qaldığı yerdən tutmuş qayaların içində arzu tutub, başına damcı düşməsini gözləməyinə qədər.

Yeri gəlmişkən, sol yamacda, qaya oyuğunun içində uzun daş oturacağın üstündə oturub, niyyət edib, başımıza damcı düşməsini gözlədik - əl çəkmirdik, tam yarım saat tərpənmədən gözlədik; nə illah elədik, ha inada qaçdıqsa da, bir damcı da düşmədi...

Məscidi önündə “qara daş” var, yaxınlıqda ziyarətgahda işlədiyi təxmin edilən qardaş deyir: Bu qara daşdan bir burdadır, bir də Kəbədə. Bir manatlqıq çıxarın, onun üstünə sürtüb, aparın evinizdə, otağın hündür yerinə qoyun, evinizə bərəkət gələcək!

“Nəzir verin”, “Sən o 7 məsumun canı, bizi unutmayın” və s. kimi heç bir sözə rast gəlməzsən!

Bu ziyarətgahda dilənçi, fürsətcil yoxdur – burda ancaq inam var, güvənc var, yardımlaşma var!

...Bizdən öncə orda damcı gözləyən və bizdən sonra da orda qalmağa davam edən inadcıl gənc xanımla ziyarətgahın aşağısında yenidən görüşdük və təbii ki, soruşduq: Gözü yolda qalıb, damcı gəlməyib!

“Əsas niyyətdir, damcı deyil” – bu da təsəllimiz!

Bir neçə saatlıq ziyarətdən – adam doyub ayrılmaq belə istəmir – ayrılıb, pillələrlə (300-400 pillə saydıq, sonra “başını buraxdıq”) enərkən kənarda suvenir satanlar (həm də ucuz), samovar çayı təklif edənlər vardı.

Samovar çayı içmədən ayrılmaqmı olar?

Gözəl bir çay içirik – pulu nə?

Nə illah edirik, qiymət demirlər. “Biz ocaqda pul deyə bilmərik. Qonaq olun”. Əl çəkmirik, belə şey olmaz ki!

- Onda ürəyinizdən nə keçirsə - bir-iki manat, onu da qoyub gedə bilərsiniz. Ancaq nə verirsinizsə, könüllə edin!

İlk dəfədir bir ziyarətgahda belə bir halla qarşılaşıram!

***

Əshabi-Kəhfi tərif etmək, onun haqda təsəvvür yaratmaq mümkünsüzdür: bu inanılmaz məkandan çəkilən video-fotolar o reallığın heç yüzdəbirini də ehtiva etmir.

Bu möcüzəni yalnız görmək lazımdır – öz gözünlə görüb, öz canınla hiss edib, o ilahi auranı ruhunla yaşamalısan.

Mən ziyarətgahlara meyilli adamam – yəqin nəsil olaraq bağlı olduğum ocaqlardadır və ziyarətgahları az gəzməmişəm. Ancaq Əshabi-Kəhf tam fərqlidir, bənzərsizdir, möcüzədir, inanılmazdır...

Mütləq gedin, Allahın bu ölkəyə necə bir möcüzə bəxş etdiyini öz gözlərinizlə görün!

Hər 30 dəqiqədən bir daşan quyu

Əshabi-Kəhfin yaxınlığında quyu var: hər yarım saatdan bir qaynayıb qalxır, suyu çoxalır və daşlarla süzülüb oyma hovuzlara doğru gedir. Qısa müddətdən sonra yenidən sakitləşir.

Naxçıvanda bu cür “qaynayan sular” çoxmuş.

Duzdağ sehri

Naxçıvanın yaxınlığında, təxminən 10-11 kilometrliyindədir Duzdağ. Böyük tuneldir, dağın tam altında: bir uzun tuneli müalicə məqsədilə tam hazırlayıblar, tunelin sonunda xəstələrin orda yatması üçün otaqlar düzəldiblər. Duzdağda, əsasən, bronxit, astma xəstələri gedib müalicə alırlar. Ancaq tunellər çoxdur – sağa-sola bütünlüklə dağın altı daşınan duzlardan sonrakı “dağaltı yollardır”.

Hamısı bağlıdır, ora girmək olmaz – girərsən, azıb qalarsan tunellərdə.

Ziyarətçiləri Duzdağı gəzməyə, içəri baxmağa, şəkil çəkməyə gülər üzlə buraxırlar. Ancaq bir şərtlə - səs-küy olmaz, orda yatan xəstələri narahat etməyin!

Naxçıvanda Vasif Talıbov haqda nələr deyirlər?

Maraqlıdır, görən, Vasif Talobov haqda nə düşünürlər? Hər necə olsa, az qala 30 il Naxçıvana rəhbərlik edib...

- Vasif Talıbov öz ata-anasının üstündə olan çardağı sökdürdü, sadə bir qəbir düzəltdirdi, hamıya da dedi ki, belə edin;

- Vasif Talıbov Naxçıvanda 2 mərtəbədən hündür ev tikməyə imkan vermirdi – deyirdi, şəhərin görüntüsünü pozur;

- Bax, Vasif Talıbov saldırıb bu Fəxri xiyabanı, 487 qəbir yeri var, amfiteatr formasındadır, hər tərəfi də yaşıllıq. Yuxarıda Bayraq meydanına birləşir (O qədər fərqli, təmiz, gözəl rayihəli havası vardı o ərazinin...);

- Naxçıvana yaşı 5-dən çox olan maşın gələ bilməzdi;

- Bütün taksi sürücüləri eyni geyinməliydi, indi bunun fərqinə varan yoxdur;

- Taksi xidmətləri gəlib doldu, onlar da istədiyi kimi işləyirlər, istənilən şəxsi işçi kimi götürürlər. Ancaq Talıbovun vaxtında bircə dəfə türməyə düşən, sağlamlığında problem olan taksidə işləyə bilməzdi...

Naxçıvanda tikinti işlərinin dayanmasından da narahatdırlar, səbirsizliklə 2025-ci ili gözləyirlər, deyirlər, tikinti bərpa olunsa, iş yerləri də açılar - əksəriyyət işsizlikdən əziyyət çəkir.

Vasif Talıbovdan sonra “xan”a bağlı çoxsaylı şirkətlər bağlanıb, bu da əlavə çətinlik yaradır – hər necə olsa, camaat işləyib evinə çörək aparırmış.

“Burda hər şeyi Vasif tikib, Allah atasına rəhmət eləsin” – Naxçıvanda həmsöhbət olduğumuz hər kəs bunu deyir, bircə adam tapmadıq ki, Talıbovu – Naxçıvanı şəxsi mülki kimi mənimsəyən, “dəmir əl” idarəetməsi yaradan, kimsəyə biznes qurmasına imkan verməyən “Xan” haqda mənfi nəsə desin.

“Biz Vasif Talıbov haqda tam başqa cür düşünürük”, - deyirəm.

Təsdiqləyirlər, etiraf edirlər, ancaq Naxçıvan üçün gördüyü işləri unutmurlar: şəhər tər-təmiz, yollar çiçək kimi, parklar möhtəşəm, arxitektura qaydasında, nizam-intizam – hələ də davam edir.

Ancaq Bakıdan köhnə maşınların gətirilməsindən, bəzi azadlıqlardan insanların sui-istifadəsindən narazıdırlar.

“Təzə gələn heçmi iş görmür?” – təəccüblənirik!

Görür – biznes üçün böyük şans tanınıb, restoranlar, kafelər, çayxanalar sürətlə açılır, alver etmək istəyənlərə maneçilik yoxdur, kimsə istehsal müəssisəsi qurmaq istəyərsə, problem yoxdur – Vasifin vaxtında bunlara kimsə cəsarət etməzdi.

“Bəs, niyə Vasif Talıbovdan bu qədər razısınız?”

Ümumi cavab belədir: Nizam-intizam, səliqə-sahman, abadlıq, tikinti və əlbəttə ki, maaşı az da olsa, daimi iş yerləri.

“Vasif Talıbovun evini oğlu yıxdı. Xaricdən maşınlar gətirdi, 2017-ci ilin maşınlarını 2021-ci il kimi qeydə aldırdı, demə, istehsal illərini sildiribmiş, başladı insanlara ikiqat, üçqat qiymətinə məcbur satdırmağa. Sonra da məlum oldu ki, bu maşınları ümumiyyətlə qeydə almaq mümkün deyil, sistemdə görünmür, istehsal ili də, qiyməti də saxtalaşdırılıb...” – deyirlər.

“Oğlu at oynadırdı, Vasif də ona heç nə demirdi, bu da nəticəsi...” – belə düşünürlər.

İzah etməyə çalışıram: Vasif Talıbovun vaxtında Azərbaycanın dövlət büdcəsindən Naxçıvana yüzmilyonlar ayrılırdı, son rəqəm yarım milyardı keçmişdi. Talıbov o vəsaitin hamısınımı Naxçıvanın abadlığına xərcləyib? İndi isə Naxçıvana qat-qat az dotasiya verilir, muxtar qurum öz-özünü dolandırmaqla inkişaf edir, insanlara daha azad ticarət, istehsal sahəsi qurmaq imkanı yaradılıb. Axı, tam fərqli idarəetmə, yanaşmadır. Bu fürsətdən niyə istifadə etmirsiniz?

“Çünki 30 ildə başqa cür öyrəşmişik...” – nə qədər səmimi etirafdır!

Qaranlıq Naxçıvan!

Baş prospektdə - Heydər Əliyev prospektində gözəl bağ var – bir tərəfində Nazirlər Kabineti, digər yanda Naxçıvan Dram Teatrı, sol əldə də Ali Məclis. Təmir yüksək səviyyədə, yol kənarı evlər də o cümlədən – Bakının mərkəzindəki binalarla rəqabət aparacaq səviyyədə.

Ancaq işıqlandırma yoxdur, qaranlıqdır, olan az-maz küçə işıqları da zəifdir. Bir qədər aşağıda Hüseyn Cavidin məqbərəsi yerləşir – tam qaranlıqdadır, yolu adlayıb keçmək üçün piyada keçidi də yoxdur, ziyarət üçün gərək bir xeyli yol dolanasan...

Mömünə Xatun əzəməti!

Türbəsidir, qəbri orda deyil! 12-ci əsr abidəsi əzəmətilə günümüzü də yaşayır. Ancaq sanki önə doğru bir az əyilmə var və yaxud, damı restavrasiya olunarkən diqqətsizlik edilib və bina kənardan bir qədər “əyilib”.

Dəqiqləşdirmək üçün nazirlikdən soruşacaqdım – fürsət etmədim...

Naxçıvan şəhərini Türkiyə işğal edir!

Restoranlar – içərisi türk üslubunda; musiqilər – türk; hətta təklif edilən menyunun böyük hissəsi türk mətbəxi.

Balıq soruşuruq – uzun bir siyahı gəlir, içində tanıdığım ad yox.

“Qardaş, bu nə balığıdır belə? Təzə adlar qoymuşunuz?” soruşuram.

“Türkiyədən gəlir bu balıqlar” – cavabını alıram.

“Xəzəri bildik. Bəs, Arazın kənarında olan Naxçıvanda Araz balığı yoxdur?”

Yoxmuş, tapmadıq...

Naxçıvan mətbəxi ən azı mərkəzi hissələrdə təklif edilmir, yoxdur – bu, yaxşı deyil!

Milli musiqi də qulağa dəymir – bu da yaxşı deyil!

Amma naxçıvanlılardan yoxdur – bu camaat nə qədər doğma, şirin, səmimi, qürurludur!..

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:86
embedMənbə:https://axar.az
archiveBu xəbər 25 Noyabr 2024 14:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Fransa 2026 cı il büdcə kəsirindən 40 milyard avro qənaət edəcək

13 Aprel 2025 17:12see147

DOGE səmərəliliyi qeyd ediləndən aşağı ola bilər

13 Aprel 2025 23:11see145

Premyer Liqa: Araz Naxçıvan Kəpəz lə heç heçəyə razılaşdı

13 Aprel 2025 19:17see138

Şəhid mayorun xanımına vəzifə verildi FOTO

14 Aprel 2025 09:50see135

Çində küləklə bağlı narıncı xəbərdarlıq elan edilib

14 Aprel 2025 05:53see132

Netanyahu: Hədəfimiz israilli məhbusları azad etməkdir

14 Aprel 2025 19:44see129

Elektrikli avtomobillər qlobal istiləşmə ilə mübarizədə faydasızdır

14 Aprel 2025 07:57see127

Azər Bağırov 0:0 ı belə şərh etdi

13 Aprel 2025 20:54see126

Günah müğənnilərdə deyil, onlardadır

14 Aprel 2025 16:46see123

Bakı və İrəvan bizə arxalana bilər Tiflis

13 Aprel 2025 19:06see121

Tumların beyinə faydası sübut olundu

15 Aprel 2025 05:43see119

Hollivud şirkətləri filmləri Trampın istədiyi formada çəkəcək

15 Aprel 2025 05:18see118

Həkim rusların hansı kateqoriyasına Pasxa üçün yalnız bir yumurta yeyə biləcəyini söylədi

14 Aprel 2025 13:20see117

Yeniyetmə İlham Əliyev Çayka avtomobili ilə

13 Aprel 2025 21:03see117

Suriya təhlükəsizlik qüvvələri SDF ilə koordinasiyada Hələbdə yerləşməyə başlayıb

13 Aprel 2025 21:21see115

Ağdərəyə növbəti köç karvanı yola salınıb (Yenilənib)

14 Aprel 2025 08:53see114

Laçına enən ilk təyyarə bu ölkəyə məxsus olub

13 Aprel 2025 19:48see113

Ən çətin xəstəliklərdən biri olan Borderline şəxsiyyət pozğunluğunun əlamətlərini bilirsinizmi?

15 Aprel 2025 00:22see108

Neft bazarında narahatlıq yaradan dalğalanma: Bu, Azərbaycan üçün hansı nəticələr doğura bilər?

14 Aprel 2025 04:52see108

Rusiyanın ən çox miqrant uşaqların yaşadığı 3 regionun adı çəkilib

13 Aprel 2025 22:56see108
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri