Nazarbayevin bu hüququ ləğv edildi
Icma.az, Yenisabah portalına istinadən məlumat yayır.
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev 2020-2030-cu illər üçün Xarici Siyasət Konsepsiyasına dəyişiklik edib.
"Yeni Sabah" xəbər verir ki, Birinci Prezident Nursultan Nazarbayevin Qazaxıstan xalqına xarici siyasət təşəbbüsləri ilə müraciət etmək ömürlük hüququ ləğv olunub.
Tokayevin müvafiq fərmanında deyilir ki, "7-ci fəslin 1-ci bəndi çıxarılsın". Konsepsiyadakı bu bənd əvvəllər "Qazaxıstan Respublikasının Birinci Prezidenti - Elbası haqqında" konstitusiya qanununun müddəalarını ehtiva edir və tarixi missiyasına görə Nazarbayevə dövlət quruculuğu, daxili və xarici siyasət və milli təhlükəsizlik kimi vacib məsələlərlə bağlı təşəbbüslərlə xalqa, dövlət qurumlarına və vəzifəli şəxslərə müraciət etmək ömürlük hüququ verirdi. pizza sifarişi
Bundan əlavə, konsepsiyanın mətni yeni Konstitusiyaya uyğunlaşdırılıb. Xüsusilə, "vətəndaş" termini "Qazaxıstan Respublikasının vətəndaşı" olaraq dəyişdirilib, "Müstəqillik" və "Suverenlik" böyük hərflərlə yazılıb və "Parlament" sözü "Kurultay"la əvəz edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:106
Bu xəbər 19 Avqust 2026 16:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















