Nazim Bəydəmirlinin şikayətinə bu tarixdə baxılacaq Yeni Çağ Media
Icma.az, Yenicag saytına istinadən bildirir.
Keçmiş deputat Nazim Bəydəmirlinin barəsindəki hökmdən apellyasiya şikayəti başlayıb.
Yenicag.az-ın məlumatına görə, Bakı Apellyasiya Məhkəməsinin hakimi Faiq Qəniyevin sədrliyi ilə keçirilən hazırlıq iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Məhkəmənin ilkin baxış iclası noyabrın 27-nə təyin edilib.
Xatırladaq ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 8 il azadlıqdan məhrum edilib.
Hökmdə qeyd edilib ki, N.Bəydəmirlidən 49 min 740 manat tutularaq zərərçəkmiş Mürsəl İbrahimova ödənilməlidir.
Qeyd edək ki, N.Bəydəmirli ötən il həbs edilib. Ona qarşı Cinayət Məcəlləsinin 182.2.4-cü (xeyli miqdarda əmlak əldə etmək məqsədilə hədə-qorxu ilə tələb etmə) maddəsi ilə ittiham irəli sürülüb. İş üzrə iki nəfər zərərçəkmiş qismində tanınıb./unikal
www.yenicag.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:72
Bu xəbər 14 Noyabr 2024 16:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















