Nazim zəng elədi, dedi ki... Həbsdə olan sabiq deputatın həyat yoldaşından açıqlama
Mia.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Hıbsdə olan sabiq deputat Nazim Bəydəmirlidən xəbər var.
Mia.az xəbər verir ki, həyat yoldaşı Fəridə Bəydəmirli yanvarın 29-da əri ilə telefonla danışdığını deyib: "Nazim zəng elədi, səhhəti ilə bağlı narahatlığı davam edir. Ürəyindən və sol ayağının tutulmasından şikayət etdi.
Nazim Bəydəmirlinin səhhəti ilə əlaqədar 2024-cü il dekabrın 27-də Ədliyyə Nazirliyinin Tibb baş idarəsinin rəisi Cəmil Kamillinin qəbulunda oldum. Orada Nazimin ciddi sağlamlıq problemləri haqqında məlumat verdim. Demişəm ki, xəstəxanaya yerləşdirilməlidir və müayinə olunmalıdır. Mənə vəd verildi ki, mütləq kardioloji komanda göndəriləcək və hospitala köçürüləcək. Üstündən bir ay keçməsinə baxmayaraq, həkimlər Nazimin səhhəti ilə maraqlanmayıblar. Onu müayinə etsəydilər, vəziyyətinin ciddiliyini görərdilər...".
MİA.AZ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:108
Bu xəbər 30 Yanvar 2025 10:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















