Icma.az
close
up
RU
Nazir: 2028ci ildə Türkiyədə hasil edilən qazın həcmi əhalinin tələbatını ödəyəcək AZƏRTAC

Nazir: 2028ci ildə Türkiyədə hasil edilən qazın həcmi əhalinin tələbatını ödəyəcək AZƏRTAC

Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Ankara, 6 yanvar, AZƏRTAC

Türkiyədə təbii qaz hasilatı artıq 2028-ci ilə qədər abonentlərin (fərdi istifadəçilərin) “mavi yanacağa” ehtiyacını ödəyə bilər.

AZƏRTAC xəbər verir ki, bu barədə ölkənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar bildirib.

Nazirin sözlərinə görə, artıq bu gün yerli istehsal həcmi 3 milyon abonenti məişət qazı ilə tam təmin etməyə imkan verir. “Bu son hədd deyil. Qaz hasilatının həcmi artır”, - deyə energetika naziri əmin edib.

Bayraktar qeyd edib ki, 2002-ci ildən bəri Türkiyənin enerji sənayesinin həcmi üç dəfə artıb. “Bu gün Türkiyə əhalisinin 85 faizi qazla təmin olunub. Ölkəmizin öz geoloji kəşfiyyat donanması var. Biz seysmik kəşfiyyat və qazma üçün gəmilər almışıq. Məhz bunun sayəsində 2020-ci ildə Qara dənizdə ehtiyatları 710 milyard kubmetr qiymətləndirilən, respublika tarixində ən böyük qaz yatağı olan “Sakarya” kəşf edilib”, - deyə nazir bildirib.

Bayraktar vurğulayıb ki, Qara dənizin Türkiyə sektorunda təkcə “Sakarya” yatağından gündə 7 milyon kubmetr qaz hasil edilir.

Energetika naziri ölkədə neft hasilatının artımına da diqqət çəkib: “Cənub-Şərqi Şirnak vilayətindəki ən böyük neft yatağında hazırda gündə 70 min barel neft hasil edilir. “Tezliklə bu rəqəm 100 min barelə çatacaq”, - deyən nazir Qabar dağı ərazisində yatağın da nisbətən yaxınlarda - 2021-ci ildə kəşf edildiyini xatırladıb.

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:194
embedMənbə:https://azertag.az
archiveBu xəbər 06 Yanvar 2025 20:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see275

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see260

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see254

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see252

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see248

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see232

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see228

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see225

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see221

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see219

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see214

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see208

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see208

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see203

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see201

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see196

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see192

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see189

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see185

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri