Nazir: ARDNF in İtaliyaya yatırımları 3 mlrd. dollara yaxınlaşıb
Xalqcebhesi saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) İtaliyadakı investisiya portfelinin bazar dəyəri 2,8 milyard ABŞ dolları təşkil edir.
“APA-Economics” xəbər verir ki, bunu Azərbaycan–İtaliya İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın VI iclasında çıxışı zamanı energetika naziri Pərviz Şahbazov bildirib.
Nazirin sözlərinə görə, indiyədək Azərbaycandan İtaliyaya 342 milyon ABŞ dolları, İtaliyadan isə Azərbaycana 805 milyon ABŞ dolları həcmində investisiya qoyulub.
P.Şahbazov vurğulayıb ki, bu göstəricilərin artırılması məqsədilə birgə layihələrlə yanaşı, sərmayələrin təşviqi və qarşılıqlı qorunmasına dair sazişin imzalanması xüsusi əhəmiyyət daşıyır.
Nazir bildirib ki, ötən il İtaliya təkcə SOCAR vasitəsilə 10,34 milyon ton neft və ümumilikdə 9,5 milyard kubmetr qazla təchiz edilib. Onun sözlərinə görə, indiyədək Trans-Adriatik Boru Kəməri (TAP) vasitəsilə Avropaya 54,3 milyard kubmetr, bunun 45,4 milyard kubmetri isə İtaliyaya nəql olunub.
Eyni zamanda diqqətə çatdırılıb ki, İtaliyanın “CESI SpA” şirkəti “Xəzər–Qara Dəniz–Avropa” və “Mərkəzi Asiya–Azərbaycan” yaşıl enerji dəhlizləri layihələrinin texniki-iqtisadi əsaslandırmalarının hazırlanmasında Azərbaycanın məsləhətçi tərəfdaşı qismində çıxış edir.
Baxış sayı:38
Bu xəbər 13 Yanvar 2026 11:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















