Nazir: Beynəlxalq təşkilatlarla əməkdaşlığın genişləndirilməsi xüsusi əhəmiyyət kəsb edir
Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Bakı, 1 iyul, AZƏRTAC
Səhiyyə naziri Teymur Musayev ölkəmizdə səfərdə olan BMT-nin Baş katibinin Yol Təhlükəsizliyi üzrə xüsusi elçisi Jan Todtun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, görüşdə yol hərəkəti təhlükəsizliyi, yol-nəqliyyat hadisələrinin profilaktikası, qəzalar nəticəsində zərərçəkənlərə göstərilən təcili tibbi yardımın təkmilləşdirilməsi və bu sahədə beynəlxalq əməkdaşlığın inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
Teymur Musayev ölkəmizdə əhalinin sağlamlığının qorunması, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və yol-nəqliyyat hadisələri nəticəsində xəsarət alan şəxslərə vaxtında və keyfiyyətli tibbi yardımın göstərilməsi istiqamətində həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verib.
Nazir qeyd edib ki, yol təhlükəsizliyi yalnız nəqliyyat sahəsini deyil, həm də ictimai səhiyyə məsələlərini əhatə edən mühüm istiqamətlərdən biridir. Bu baxımdan beynəlxalq təşkilatlarla əməkdaşlığın genişləndirilməsi və qabaqcıl təcrübənin öyrənilməsi xüsusi əhəmiyyət kəsb edir.
BMT-nin Baş katibinin Yol Təhlükəsizliyi üzrə xüsusi elçisi Jan Todt Azərbaycanda yol təhlükəsizliyi sahəsində həyata keçirilən tədbirləri yüksək qiymətləndirib və bu istiqamətdə əldə olunan nailiyyətləri vurğulayıb. O, BMT-nin yol-nəqliyyat hadisələrinin qarşısının alınması, insanların həyat və sağlamlığının qorunması məqsədilə üzv dövlətlərlə əməkdaşlığın genişləndirilməsinə xüsusi önəm verdiyini bildirib.
Görüş zamanı yol təhlükəsizliyi üzrə maarifləndirmə tədbirlərinin gücləndirilməsi, təcili tibbi yardım sisteminin inkişafı, aidiyyəti qurumlar arasında koordinasiyanın artırılması və gələcək əməkdaşlıq imkanları barədə müzakirələr aparılıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:200
Bu xəbər 02 İyul 2026 10:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















