Icma.az
close
up
RU
Nazir Bilik Günündə bu məktəbdə oldu Yeni tədris modeli başladı

Nazir Bilik Günündə bu məktəbdə oldu Yeni tədris modeli başladı

Azxeber.com saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Sentyabrın 15-də Bakı şəhəri Eldar Məmmədov adına 21 nömrəli tam orta ümumtəhsil məktəbində Bilik Gününə həsr olunmuş tədbir keçirilib. 

AZXEBER.COM xəbər verir ki, tədbirdə elm və təhsil naziri Emin Əmrullayev, Yasamal rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri vəzifəsini müvəqqəti icra edən Nərminə Hüseynova, məktəb kollektivi, şagirdlər və valideynlər iştirak ediblər.

Tədbir Dövlət himninin səsləndirilməsi və şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Tədbirdə çıxış edən elm və təhsil naziri Emin Əmrullayev yeni tədris ili münasibətilə müəllim və şagirdləri təbrik edib, qarşıya qoyulan əsas hədəflərdən danışıb. Nazir təhsilin keyfiyyətinin yüksəldilməsində müəllimlərin peşəkarlığının, məktəb rəhbərliyinin effektiv fəaliyyətinin və şagirdlərin öyrənməyə motivasiyasının mühüm rol oynadığını vurğulayıb.

Emin Əmrullayev şagirdlərə yeni bilik və bacarıqlar əldə etməklə yanaşı, öyrəndiklərini həyatda tətbiq etməyə, müəllimlərə isə hər bir şagirdin potensialının üzə çıxarılması istiqamətində səylərini davam etdirməyə çağırıb.

Tədbirdə çıxış edən Yasamal rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov yeni tədris ili münasibətilə müəllim və şagirdləri təbrik edib, onlara təhsil prosesində uğurlar arzulayıb. 

Çıxış edən məktəb direktoru Elgün Əliyev yeni tədris ili ilə bağlı hazırlıq işləri, təhsilalanların nailiyyətləri və tətbiq olunan layihələr barədə məlumat verib. Bildirib ki, 2025-2026-cı tədris ilində məktəbin tam orta təhsil pilləsi üzrə 64 məzunundan 31-i ali təhsil müəssisələrinə qəbul olub. 2026-2027-ci tədris ilindən etibarən məktəbdə X-XI siniflər üzrə 169 şagirdin cəlb olunduğu yeni təmayül tədris modelinin tətbiqinə başlanılıb.

Tədbirin sonunda şagirdlərin ifasında musiqi və bədii kompozisiyalar təqdim olunub.

Daha sonra elm və təhsil naziri məktəbdə tədris prosesi ilə tanış olub, sinif otaqlarına baxış keçirib. Nazir şagirdlərlə səmimi söhbət aparıb, onların yeni tədris ili ilə bağlı gözləntiləri, maraq göstərdikləri fənlər və gələcək planları ilə maraqlanıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:147
embedMənbə:https://azxeber.com
archiveBu xəbər 15 Sentyabr 2026 13:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see294

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see292

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see280

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see259

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see251

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see246

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see239

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see235

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see229

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see228

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see215

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see205

Yoxa çıxan avropalı müşahidəçilər: “təhlükəsizlik mütəxəssisləri” haradadırlar?

21 Oktyabr 2026 10:33see201

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see200

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see198

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see198

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see196

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see185

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see184

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri