Nazir: Biz bu iş üçün 100 min manat ayırmışıqmı? Xeyr...
Reyting.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Məktəbəqədər təhsil müəssisələrində məmnunluğun qiymətləndirilməsi üzrə sorğunun keçirilməsi üçün 107 min manat ödəniləcəyi ilə bağlı iddialar yayılıb.
Reyting.az Oxu.az-a istinadən xəbər verir ki, elm və təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında məsələyə münasibət bildirib: “İndi yalnız ehtimal olunan qiymət göstərilir. Tender yekunlaşanda görəcəksiniz ki, faktiki məbləğ bundan daha aşağı olacaq. Belə olan halda keçirilməmiş bir sorğuya necə reaksiya verə bilərəm? Sorğunun aparılması barədə hər hansı proses də olmayıb.
Bəs biz bu iş üçün 100 min manat ayırmışıqmı? Xeyr, ayırmamışıq. Amma bu məbləğ 100 min manat ola bilərmi? Bəli, ola bilər. Sorğu keçirmək üçün 200 min və ya 300 min manat vəsait də xərcləmək mümkündür. Baxır, sən hansı sorğunu keçirirsən. Bunun detallarını görmədən fikir bildirmək ayıbdır. Niyə? Çünki sorğu keçirmək üçün əvvəlcə aprobasiyanı aparmalı, təsadüfi seçimi həyata keçirməli, anketi hazırlamalı, mütəxəssislərin əməyini ödəməli və onların regionlara səfərini təmin etməlisiniz. Sorğunu keçirən şəxs regionlara gedib məlumat toplamalıdır”.
Bu mövzuda digər xəbərlər:“Xeyr, “istefa” şüarlarını biz səsləndirmədik” “UltraSumqayıt”a mane olublar
22 Yanvar 2025 12:33
“Xeyr, bunu etməyi planlaşdırmırıq” Tramp
15 İyul 2025 23:13
“Xeyr, biabırçılıqdır”: Namiqdən Elgizə etiraz
19 İyul 2025 22:42
“Xeyr, biabırçılıqdır” Namiqdən Elgizə ETİRAZ
20 İyul 2025 21:46
“Xeyr, mən irəliləyiş əldə etməmişəm”
04 İyul 2025 08:13
Baxış sayı:112
Bu xəbər 17 Noyabr 2025 18:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















