Icma.az
close
up
RU
Nazir dostunun oğluna vəzifə verib təltif etdi Qalmaqal

Nazir dostunun oğluna vəzifə verib təltif etdi Qalmaqal

Tribuna portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Səhiyyə Nazirliyində “Səhiyyə əlaçısı” döş nişanının verilməsi ilə bağlı qalmaqal yaşanır.

Tribunainfo.az yenisabah.az-a istinadən xəbər verir ki, bir qrup səhiyyə işçisi sözügedən mükafatın verilməsində demək olar, hər il haqsızlığa yol verildiyini iddia edərək təltiflərdən narazı qaldıqlarını bildiriblər.

Belə ki, hər il iyun ayının 17-i ölkədə tibb işçilərinin peşə bayramı günü kimi qeyd edilir. Həmin gün bir neçə səhiyyə işçisi “Səhiyyə əlaçısı” medalı ilə təltif edilir. Bu il də medalın kimlərə veriləcəyi ilə bağlı müəyyən şübhələr var. Səhiyyə işçiləri ötən il bu məsələdə haqsızlığa yol verildiyinin şahidi olduqlarından bunun yenə təkrar olunacağını düşünürlər.

Adının çəkilməsini istəməyən mənbə Teleqraf-a açıqlamasında bildirib ki, ötən il “Səhiyyə əlaçısı” döş nişanı verilən zaman əsasnamə qaydaları pozulub.

Ötən il Səhiyyə Nazirliyinin Aparat rəhbəri Tural Elxan oğlu Babayev, nazirliyin Mətbuat xidmətinin rəhbəri Pərviz Bəşir oğlu Əbubəkirov nazir tərəfindən bu döş nişanına layiq görülüblər. Amma onların hansı səmərəli xidmətlərinə görə bu medala layiq görüldükləri bəlli deyil.

Qeyd edək ki, əsasnamənin birinci bəndinə görə, “Səhiyyə əlaçısı” döş nişanı səhiyyə sahəsində 10 il səmərəli xidmət göstərmiş şəxslərə verilir. Həmçinin bu döş nişanı ilə təltif edilən şəxsə maaşının 3 misli qədər mükafat verilir.

Tural Babayev 2022-ci ildən, Pərviz Əbubəkirov isə 2018-ci ildən səhiyyə sahəsində çalışır. Yəni, səhiyyə sahəsində işləmələrinin 10 ili tamam olmayıb. Bu, əsasnamənin birinci bəndinə ziddir.

Məlumata görə, aparat rəhbəri Tural Babayevin atası ilə səhiyyə naziri dostdurlar. Onlar uzun müddət “Tusi” klinikasında birlikdə çalışıblar. T.Babayevin təltif olunmasında məhz bu amilin böyük rol oynadığı vurğulanır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:76
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 04 May 2025 10:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kişi qadın münasibətində balansı necə qorumaq olar?

03 May 2025 06:35see189

Rubiodan İrana XƏBƏRDARLIQ: “Dayandırın…” KONKRET

02 May 2025 20:57see135

Rusiyada dəhşətli qəzanın görüntüləri: Cənazə maşını yeraltı keçidə çırpılıb, sürücü ölüb

02 May 2025 17:29see133

Ramid Namazov: İnformasiya resurslarına haker hücumlarına ölkə daxilindən də dəstək verilib

02 May 2025 15:32see126

Bala bayquşlar niyə körpələr kimi yatır?

04 May 2025 04:19see125

Naxçıvan şəhərinə dolu yağıb FOTO

04 May 2025 00:18see124

Tibbi sosial aksiya keçiriləcək

03 May 2025 09:01see124

Sumqayıtda yaşlı qadını yük maşını vurdu

03 May 2025 12:28see124

“Euronews” kütləvi məzarlıqlar mövzusunu işıqlandırıb

03 May 2025 15:14see123

Zaxarova bu məsələyə aydınlıq gətirdi

03 May 2025 15:55see121

Təkcə çips və qazlı içkilər deyil: Faydalı kimi təqdim edilən zərərli DÖRD MƏHSUL

03 May 2025 02:33see121

Abituriyentlərin nəzərinə Bu qrup üzrə qəbul qaydası dəyişdi

02 May 2025 15:39see121

ABŞ Rusiyaya qarşı yeni sanksiyalar hazırlayır bank və enerji sektorları hədəfdə KONKRET

03 May 2025 00:55see120

Şəmkirdə Prado Kamaz la toqquşdu

03 May 2025 12:42see119

Keçmiş baş nazirə 34 il həbs cəzası

03 May 2025 17:10see118

Zəlzələdə çökmə riski olan binalar Belə binalar hansı ərazilərdə tikilib? + VİDEO

03 May 2025 12:04see118

Bu şirkətin külli midarda vergi borcu var

02 May 2025 21:56see115

Rəşad Sadıqov 2 ci yeri vacib uğur sayır

02 May 2025 23:39see114

TANRILAR MEŞƏSİ, yaxud 21319 nömrəli məhbus... İBRAHİM RÜSTƏMLİ YAZIR

02 May 2025 23:09see113

Bakıda bu ərazilərdə 10 yeni metro stansiya tikiləcək RƏSMİ

03 May 2025 15:46see112
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri