Icma.az
close
up
RU
Nazir əməkhaqlarının artırılmasından danışdı: “Nəzarət tədbirləri görülür”

Nazir əməkhaqlarının artırılmasından danışdı: “Nəzarət tədbirləri görülür”

Icma.az bildirir, Yenisabah saytına əsaslanaraq.

Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev ölkədə əməkhaqqı və pensiyalar, işsizlik, qeyri-rəsmi məşğulluq, əlilliyin qiymətləndirilməsi, icbari tibbi sığortada yeniliklər, ünvanlı sosial yardım və şəhid ailələrinə dəstək tədbirlərindən danışıb.

“Yeni Sabah” xəbər verir ki, nazir bütün bu məsələlərlə bağlı ARB24 televiziyası və APA-nın suallarını cavablandırıb.

Maaş artımı

Anar Əliyev bildirib ki, ölkə üzrə əməkhaqqı fondu 3,3 dəfə artıb.

Onun sözlərinə görə, monitorinq tədbirləri çərçivəsində minimum əməkhaqqından aşağı maaş alan şəxslər müəyyən edildikdə, bununla bağlı nəzarət tədbirləri görülür.

Nazir qeyd edib ki, ölkədə əmək müqavilələrinin sayında 44 faizlik artım var.

Əlilliyin təyinatı ilə bağlı şikayətlər araşdırılır?

Əlilliyin təyin edilməsi mexanizmi ilə bağlı məsələyə aydınlıq gətirən, əmək və əhalinin sosial müdafiəsi naziri vurğulayıb ki, bu prosesi daimi nəzarətdə saxlayırlar.

“Vətəndaşlar şikayət etdikdə və yaxud onlara əlillik təyinatından imtina verildikdə, onları əyani müayinəyə dəvət edirik və qəbul edilmiş qərarları bir daha yoxlayırıq”, - o deyib.  

Tibbi sığortada əsas hədəf açıqlandı

Prezident İlham Əliyevin martın 19-da imzaladığı fərmanla Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyinə verilən icbari tibbi sığorta ilə bağlı görüləcək tədbirlərdən danışan nazir diqqətə çatdırıb ki, burada əsas hədəf tibbi sığorta sisteminin tam şəkildə rəqəmsallaşdırılmasına nail olmaqdır.

Ünvanlı dövlət sosial yardımlarla bağlı sualı cavablandıran Anar Əliyev deyib ki, müəyyən edilmiş şərtlərə cavab verməyən ailələrə sistem üzərindən imtina verilir:

“Bütün şikayətlər və narazılıq halları yerində araşdırılır. Biz hər bir müraciətə, şikayətə diqqətlə baxırıq”.

Əsmətxanım Rzazadə


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:136
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 21 Aprel 2026 13:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Adanın paylaşdığı sonuncu videoda o da vardı Xalq artisti danışdı

23 Noyabr 2026 22:46see369

Rusiyada meyiti taplan prodüser Elmir Məhərrəmovla bağlı yeni detallar məlum oldu

23 Noyabr 2026 23:56see285

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see274

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see261

Türkiyəli aktyor Şapkacı kadınlar a çəkilir

24 Noyabr 2026 03:23see259

Adanın qəzaya düşərək həlak olduğu avtomobilin son halı Video

23 Noyabr 2026 22:01see245

Qalmaqallı istefadan 11 gün sonra belə geri döndü Video

24 Noyabr 2026 02:56see241

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see236

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see236

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see232

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see232

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see224

İran atom bombası əldə edə bilərmi? İsrailin qorxduğu ssenari

24 Noyabr 2026 23:32see224

Demet Akalın jurnalistlərin qarşısında pərt oldu VİDEO

24 Noyabr 2026 19:21see223

“PayPal” Azərbaycanda tam işləyəcək

24 Noyabr 2026 16:33see212

Zəngəzur dəhlizi İpək Yolunun yeni iqtisadi arteriyasına çevrilə bilər

24 Noyabr 2026 17:41see211

Mərkəzi Gömrük Hospitalı SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası Gəncə şəhər filialında tibbi sosial aksiya keçirib

25 Noyabr 2026 06:36see209

800 kişi ilə münasibətdən sonra süni intelektə aşiq oldu

24 Noyabr 2026 23:20see202

Yatmazdan əvvəl su içmək istəyi hansı xəstəliklərdən xəbər verir? Həkim AÇIQLADI

24 Noyabr 2026 16:27see200

Şahmat tacı uğrunda mübarizə başladı: Sindarov heç heçəyə tələsdi, Qukeş iki dəqiqə qazandı

24 Noyabr 2026 23:57see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri