Nazir Fidan Antalyada Kritik Dördlü Zirvə yə ev sahibliyi edəcək
Icma.az, Newscenter.az portalına istinadən məlumat verir.
Türkiyə, Misir, Pakistan və Səudiyyə Ərəbistanı xarici işlər nazirlərinin üçüncü görüşü bu gün Antalya Diplomatiya Forumu çərçivəsində keçiriləcək.
Newscenter.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb. Nazirlikdən bildirilib ki, Antalya Diplomatiya Forumu (ADF) çərçivəsində keçiriləcək görüşə xarici işlər naziri Hakan Fidan ev sahibliyi edəcək.
Görüşdə əsasən bölgəni silkələyən ABŞ/İsrail-İran müharibəsi kimi problemlərə regional həllər tapmaq məsələsinin müzakirə ediləcəyi gözlənilir. Nazirlərin böhranların şiddətlənməsinin qarşısını almaq və davamlı sülhün bərqərar olması üçün diplomatik təşəbbüsləri əlaqələndirmələri gözlənilir.
Qeyd edək ki, dördtərəfli mexanizm ilk dəfə nazir Hakan Fidan tərəfindən 18 mart 2026-cı ildə Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən regional ölkələrin genişmiqyaslı görüşü zamanı irəli sürülüb. Ər-Riyaddakı həmkarları ilə ilkin təmasdan sonra Fidan 29 mart 2026-cı ildə Pakistanın paytaxtı İslamabadda keçirilən ikinci görüşdə iştirak edib.
Antalyadakı sammitdən əvvəl, prosesin texniki hazırlıqlarının bir hissəsi olaraq mövcud vəziyyəti qiymətləndirmək üçün 14 aprel 2026-cı ildə İslamabadda nazir müavini səviyyəsində görüş keçirilib.
Süleyman
Bu mövzuda digər xəbərlər:Hakan Fidan: Əməkdaşlığımızı fərqli regionlarda üçlü və dördlü formatlarda davam etdirəcəyik
18 Yanvar 2025 14:30
“Türkiyə bu il G20 yə ev sahibliyi edəcək, tədbir Antalyada keçiriləcək” ABDULLAH EREN
10 Sentyabr 2026 12:43
Fidan Antalyada regionun XİN rəhbərləri ilə İranı müzakirə edəcək
17 Aprel 2026 13:24
Hakan Fidan və Lavrov Antalyada görüşüb
18 Aprel 2026 13:40
Şaraa Antalyada Hakan Fidan və Kalınla görüşdü
17 Aprel 2026 13:26
Baxış sayı:165
Bu xəbər 17 Aprel 2026 13:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















