Nazir: Gələn il Qarabağ Universitetinə 1 500ə qədər tələbənin qəbulu planlaşdırılır
Icma.az bildirir, Sonxeber.az portalına istinadən.
"Növbəti tədris ilində Qarabağ Universitetinə 1 500-ə qədər tələbənin qəbulu planlaşdırılır".
Bunu "Report"a açıqlamasında elm və təhsil naziri Emin Əmrullayev deyib.
"Ola bilər ki, bu rəqəm dəyişə də bilər. Əsasən mövcud fakültələr üzərindən yeni ixtisaslar yaradılacaq. Mövcud fakültələrdə müəllimlik ixtisaslarında yeni sahələr - kimya, biologiya, fizika və coğrafiya müəllimliyi olacaq. Bundan əlavə, mühəndislik ixtisaslarının da sayı artacaq. Tibb fakültəsinin də açılmasını planlaşdırırıq", - nazir bildirib.
E.Əmrullayev qeyd edib ki, Universitetin iki yeni korpusunun tikintisində ilkin işlər aparılıb.
Nazir vurğulayıb ki, növbəti ildən türkdilli dövlətlərdən və İslam Əməkdaşlıq Təşkilatına üzv olan ölkələrdən tələbələrin Qarabağ Universitetində təhsil alması planlaşdırılır. O, növbəti ildə də Qarabağ Universitetində təhsilin dövlət sifarişli olacağını əlavə edib.
Sonxeber.az
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:121
Bu xəbər 01 Dekabr 2024 13:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















