Nazir həmin həkimlərdən danışdı “Cinayət işlədirlər”
Icma.az xəbər verir, Qafqazinfo saytına əsaslanaraq.
Səhiyyə naziri Teymur Musayev son vaxtlar Azərbaycanda diplomsuz plastik cərrahlarla bağlı yayılan məlumatlara aydınlıq gətirib.
“Qafqazinfo” xəbər verir ki, o, bu barədə jurnalistlərə açıqlamasında bildirib.
Nazir həmin həkimlərlə bağlı araşdırma aparıldığını bildirib: “Onların təhsili, iş fəaliyyəti barədə araşdırma aparılır. Bu adamlar cinayət işlədir. Onların əməlinə hüquqi qiymət veriləcək.
Bu yalnız plastik cərrahların səlahiyyətində olmayıb. Bu istiqamətdə Baş Prokurorluqla danışıqlar aparılıb. Yaxın vaxtlarda açıqlama veriləcək”.
Nazir, həmçinin mediaya çağırış edib: “Media vasitəsilə çağırış edirik ki, gəlin, gözəllik standartları nə deməkdir hər kəsə düzgün başa salaq. Yalnış, süni gözəllik anlayışlarını təbliğ etməyək. Sağlam insan öz xarici görünüşünə görə problem yaşamamalıdır. Xanımlara ziyan olan prosedurlardan kənar durmağı tövsiyə edirik”.
Sail Ağasəlim
Baxış sayı:116
Bu xəbər 12 Dekabr 2024 11:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















