Nazir hərbçilərin döyüş hazırlığını yüksək qiymətləndirdi
Axar.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Özbəkistanda səfərdə olan Azərbaycan müdafiə naziri general-polkovnik Zakir Həsənov "Birlik - 2025" birgə regional təlimində azərbaycanlı hərbi qulluqçularla görüşüb.
Axar.az xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyindən bildirilib.
Keçirilən təlimin ölkələr arasında birgə regional fəaliyyətin effektivliyinə təsirini xüsusi vurğulayan müdafiə naziri təlimdə yüksək peşəkarlıq və bacarıq nümayiş etdirən Azərbaycan Ordusunun komando və PUA heyətlərinin döyüş hazırlığını yüksək qiymətləndirib.
General-polkovnik Z.Həsənov bu cür birgə təlimlərin orduların yüksək döyüş qabiliyyətinin göstəricisi olduğunu bildirib.
Nazir təlim iştirakçılarına gələcək fəaliyyətlərində uğurlar arzulayaraq "Birlik - 2025" birgə regional təliminin yüksək səviyyədə təşkil olunmasından məmnunluğunu ifadə edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:48
Bu xəbər 21 Oktyabr 2025 20:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















