Nazir: İqlim dəyişikliyi ilə mübarizədə səhiyyə sahəsində də maliyyələşməni təmin etməliyik
Icma.az bildirir, Bakivaxti portalına istinadən.
"İqlim dəyişikliyindən daha çox əziyyət çəkən səhiyyə komponenti, əlbəttə ki, təcili tibbi yardım sistemidir".
Bakıvaxtı.az xəbər verir ki, bunu Azərbaycanın səhiyyə naziri Teymur Musayev bugünkü mətbuat konfransında APA TV-nin əməkdaşının sualını cavablandırarkən bildirib:
"Bu istiqamətdə daha əvvəl göstərilən səyləri də nəzərə alsaq, onu deyə bilərəm ki, bu gün imzalanan təşəbbüslər bizim iqlim dəyişikliyi ilə mübarizə sahəsində daha əvvəl atdığımız addımlarla bundan sonra həyata keçirəcəyimiz tərbirlər arasında sinerji yaradır. Onların unudulmasını mümkünsüz edir. Eyni zamanda koalisiya iqlim dəyişikliyi ilə mübarizə istiqamətində addımları daha təşkilatlanmış və daha güclü bir şəkildə atmağa şərait yaradır. Habelə bu təşəbbüslər nəticəsində insan həyatının bütün komponentləri arasında vəhdət yaradılması mümkün olacaq. İkincisi, biz səhiyyə sahəsində də maliyyələşməni təmin etməliyik".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:59
Bu xəbər 18 Noyabr 2024 15:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















