Icma.az
close
up
RU
Nazir: İstanbulda baş verən zəlzələdə infrastruktura zərər dəyməyib

Nazir: İstanbulda baş verən zəlzələdə infrastruktura zərər dəyməyib

Icma.az bildirir, Azertag portalına istinadən.

İstanbul, 28 aprel, Günel Karatepe, AZƏRTAC

Son 23 ildə Türkiyədə aparılan islahatlar çərçivəsində ölkənin 6101 kilometr olan bölünmüş yol şəbəkəsi 4 qat artırılaraq 29 min 742 kilometrə çatdırılıb ki, bununla da 77 şəhərin təhlükəsiz və rahat şəkildə bir-birinə bağlantısı təmin olunub. Ölkənin ümumi yol xəritəsinin 43 faizini təşkil edən bu şəbəkə nəqliyyata xidmət göstərən yolun 83 faizini əhatə edir. Türkiyədə 2002-ci ildə 8,5 milyon olan avtomobil sayı 31 milyonu keçib və orta hesabla səyahət sürəti saatda 40 kilometrdən 90 kilometrədək yüksəldilib. Ölkə yollarında nəqliyyat hərəkətliliyi 195 faiz artdığı halda baş verən avtomobil qəzalarında ölüm halları 77 faiz azalıb. Hazırda Türkiyə “Hər bir həyat dəyərlidir” prinsipi ilə quru yollarında insan itkilərinin sıfıra endirilməsini hədəfləyir.

AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu bildirib.

Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyinin tabeliyində olan quru və dəmir yolları, o cümlədən metro sistemləri, eləcə də hava limanlarının aprelin 23-də İstanbulda baş verən zəlzələdə zərər görmədiyini qeyd edən Uraloğlu bunu son 23 ildə ölkə başçısının rəhbərliyi ilə başladılan səfərbərliyin nəticəsi kimi qiymətləndirib.

Nazir 1999-cu ildə olmuş Gölcük zəlzələsindən sonra İstanbul şəhərinin Mərmərə və Egey bölgələrində təbii fəlakət hallarında istifadə ediləcək, davamlı alternativ quru yolu dəhlizlərinə ehtiyac olduğunun ortaya çıxdığını bildirib.

Türkiyənin Osmanqazi və İstanbulun Yavuz Sultan Selim körpülərinin çox şiddətli bir zəlzələyə belə davam gətirəcək şəkildə layihələndirilib inşa edildiyini qeyd edən nazir İstanbulun digər “15 İyul Şəhidləri” və “Fateh Sultan Mehmet” körpülərinin də seysmik və struktur gücləndirmə işləri ilə möhkəmləndirildiyini deyib.

Qeyd olunub ki, baş verə biləcək böyük bir zəlzələdə İstanbul, Kocaeli və Sakaryaya hərəkət Şimali Mərmərə avtomobil yolu ilə problemsiz bir şəkildə həyata keçirilə bilər. Mərmərə dənizinin altından keçən Avrasiya və Marmaray tunelləri də zəlzələ, sunami kimi təbiət hadisələri nəzərə alınaraq, ən son beynəlxalq standartlara uyğun şəkildə inşa edilib. Bu layihələrin dizayn və inşa işləri ən böyük zəlzələ ssenariləri nəzərə alaraq həyata keçirilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:73
embedMənbə:https://azertag.az
archiveBu xəbər 28 Aprel 2025 17:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Buxarest Rusiya təbliğatının artmasından narahatdır...

08 Noyabr 2025 18:48see190

24 nömrəli onbirillik musiqi məktəbində Zəfər günü qeyd edilib FOTO

08 Noyabr 2025 09:02see189

General mayor rütbəsi alan hərbçilər kimdir?

07 Noyabr 2025 16:50see157

“İlin modeli” seçildi Fotolar

07 Noyabr 2025 09:52see154

Ermənistan ilk dəfə Azərbaycan ərazisindən keçən marşrutla Qazaxıstan buğdası alıb

08 Noyabr 2025 00:53see139

La Liqa: Turun ilk matçında qalib müəyyənləşmədi

08 Noyabr 2025 03:28see135

Noyabr ayında dörd bürc ciddi sınaqlardan keçəcək

07 Noyabr 2025 09:51see132

Türkmənistan Transxəzər Qaz Boru Kəməri Layihəsinin həyata keçirilməsi imkanlarını nəzərdən keçirmək niyyətindədir

08 Noyabr 2025 06:22see130

İsrail daha bir girovun qalıqlarının olduğu tabutu təhvil alıb

08 Noyabr 2025 04:23see129

Bu rayona yeni polis rəisi təyin edildi

08 Noyabr 2025 14:02see127

Tramp: Avropadakı ABŞ qoşunlarının ümumi sayı dəyişməz olaraq qalır

08 Noyabr 2025 02:58see126

Kadinin xəstəxanadan MESAJI: “Geri dönəcəm, sizi sevirəm” FOTO/VİDEO

08 Noyabr 2025 11:53see126

Azərbaycan Kardiologiya Cəmiyyəti İctimai Birliyinin sədri postuna o irəli sürülüb

07 Noyabr 2025 07:36see125

Qarabağ Neftçi ni daha çox yenib Bəs Neftçi köhlənlər ə neçə qol vurub?

08 Noyabr 2025 14:23see125

Parlamentin 4 komitəsinin birgə iclasında 2026 cı ilin dövlət büdcəsi haqqında qanun layihəsi müzakirə edilib

07 Noyabr 2025 22:05see124

Liqa 1: Marsel darmadağına sevindi

09 Noyabr 2025 02:22see124

Ukraynanın valyuta ehtiyatları artıb Müstəqillik dövrü üçün rekord həddə çatıb

07 Noyabr 2025 20:21see124

Səssizcə yayılır: Dünyada qızılca halları və ölümlərin sayı artır

07 Noyabr 2025 22:08see123

“Vilyarreal” səfərdə “Espanyol”a qalib gəlib

09 Noyabr 2025 02:26see122

Almaniyada polis iki ağır insan qaçaqmalçılığı hadisəsinin qarşısını alıb

08 Noyabr 2025 03:36see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri