Nazir: İtaliya Azərbaycanın əsas ticarət və iqtisadi tərəfdaşıdır
Icma.az bildirir, Azertag saytına əsaslanaraq.
Bakı, 22 sentyabr, AZƏRTAC
Azərbaycanla Avropa İttifaqı ölkələri arasında imkanlar ənənəvi enerji sahəsi ilə yanaşı, bərpaolunan enerji sahəsində də genişdir.
AZƏRTAC xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov 1-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda deyib.
"İtaliya Azərbaycanın əsas ticarət və iqtisadi tərəfdaşı olaraq qalır. Bu da İtaliyanın Azərbaycan istehsalı olan neft və qaz üçün mühüm bazar olması ilə izah olunur. Biz hesab edirik ki, söhbət tək bir ölkədən getmir. Hazırda 14 ölkəyə qaz təchizatı həyata keçiririk ki, onların da əksəriyyəti Avropa ölkələridir", - deyə nazir diqqətə çatdırıb.
Baxış sayı:115
Bu xəbər 22 Sentyabr 2025 10:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















