Icma.az
close
up
RU
Nazir: Məktəb direktorluğuna namizədlərin fənn bilikləri yoxlanacaq

Nazir: Məktəb direktorluğuna namizədlərin fənn bilikləri yoxlanacaq

Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Bakı, 6 fevral, AZƏRTAC

Azərbaycan təhsil sistemində son 10 ildə məktəb direktorları və direktor müavinlərinin təyinatı imtahanlar əsasında həyata keçirilir. Bu proses çərçivəsində minlərlə direktor və direktor müavini məktəblərə təyin olunub.

AZƏRTAC xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev fevralın 6-da keçirilən brifinqdə deyib. O bildirib ki, direktorluğa namizədlərin fənn bilikləri yoxlanacaq: “Gələcəkdə məktəb direktorları təyin edilən şəxslər yalnız idarəetmə bacarıqları əsasında deyil, həm də öz fənlərini yüksək səviyyədə bilmələri əsasında qiymətləndiriləcək. Nazirlik hesab edir ki, müəllimlikdən direktorluğa keçən şəxsin əvvəlcə öz fənnini mükəmməl bilməsi vacibdir. Əks halda, belə şəxslərin direktor vəzifəsinə irəli çəkilməsi tövsiyə olunmayacaq. Direktor müavinlərinin təyinatında məktəb rəhbərinin rəyi nəzərə alınacaq. Mövcud sistemdə bəzi hallarda fərqli məktəblərdə çalışan müəllimlər digər məktəblərə direktor müavini vəzifəsinə təyin edilir ki, bu da idarəetmədə konfliktlərə və səmərəliliyin azalmasına səbəb olur. Yeni sistemdə məktəb direktorunun rəyinin önəmi artırılacaq. Rəy həlledici faktor olmasa da, prosesdə mühüm rol oynayacaq. Direktorlarla daha sıx əməkdaşlıq qurulacaq.

Məktəb direktorlarına daha çox etibar göstərilməsi və onların idarəetmə prosesində daha fəal rola malik olmaları planlaşdırılır. Kənd məktəblərində xüsusi yanaşma tətbiq ediləcək. Kiçik kənd məktəblərində müəllim çatışmazlığı səbəbindən direktor təyinatları ilə bağlı bəzi çətinliklər yaşanır. Bu məsələnin həlli üçün alternativ modellər üzərində iş aparılır. Ümumilikdə, yeni sistemin məqsədi məktəb rəhbərliyinin daha peşəkar və səmərəli fəaliyyət göstərməsini təmin etməkdir. Növbəti aylarda bu dəyişikliklərin qaydalarını və tətbiq mexanizmini açıqlanacaq”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:113
embedMənbə:https://azertag.az
archiveBu xəbər 06 Fevral 2025 15:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see274

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see256

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see230

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see202

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see196

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see172

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see163

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see161

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see161

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see154

“iPhone”larda geri düyməsinin olmamasının səbəbi bu imiş

22 Yanvar 2026 06:18see147

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see147

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see147

Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22 Yanvar 2026 16:08see143

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see142

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see140

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see138

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see138

Qarnın çıxmasının səbəbi piy deyilmiş Açıqlama

23 Yanvar 2026 05:06see137

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri