Icma.az
close
up
RU

Nazir məktəblərdə şagirdlər arasında baş verən zorakılıq hallarına münasibət bildirib

"Bir milyon yarım şagirdi olan sistemdə gün ərzində hansısa şagirdlərin, valideynlərin və ya müəllimlərin arasında münaqişə tipli halların olması qaçılmazdır".

APA xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev jurnalistlərin suallarını cavablandırarkən deyib.
"Biz bir milyon yarım şagird, onların valideynləri və iki yüz minə yaxın müəllimdən danışırıq.
Baş verən bütün hallara qanunvericilik çərçivəsində baxılmalıdır.
Inzibati qaydada pozuntular varsa, cinayət xarakterli məsələlər varsa bunları hüquq-mühafizə orqanlarına yönləndiririk.
Təlim-tərbiyə il bağlı məsələdirsə problemi valideynlərlə həll etməyə çalışırıq", - deyə nazir bildirib.

seeBaxış sayı:77
embedMənbə:https://apa.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri