Icma.az
close
up
RU
Nazir məktəblilərin basketbol yarışlarını izlədi Fotolar

Nazir məktəblilərin basketbol yarışlarını izlədi Fotolar

Qafqazinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

İyunun 24-də Məktəblilərin Respublika İdman Olimpiadası çərçivəsində basketbol idman növü üzrə final və üçüncü yer uğrunda oyunlar keçirilib.

“Qafqazinfo” xəbər verir ki, bununla bağlı Elm və Təhsil Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Bakı İdman Sarayında təşkil olunan yarışları Azərbaycan Basketbol Federasiyasının prezidenti, elm və təhsil naziri Emin Əmrullayev də izləyib. 

Oğlanlar arasında keçirilən final qarşılaşmasında RİOEUGİM-2 komandası Gəncə UGİŞM komandasını 36:11 hesabı ilə məğlub edərək turnirin qalibi olub. Qızların final oyununda isə İOEUGİM-8 komandası Gəncə UGİŞM-1 komandasına 42:14 hesabı ilə qalib gələrək birinci yerə layiq görülüb.

Oğlanların üçüncü yer uğrunda oyununda İOEUGİM-8 komandası UGİM-10 komandasını 49:13 hesabı ilə məğlub edib. Qızlar arasında keçirilən üçüncü yer uğrunda qarşılaşmada isə Cəlilabad UGİM komandası Tovuz UGİŞM komandasına 23:9 hesabı ilə qalib gəlib.

Yarışların sonunda qalib və mükafatçılara medal, diplom və kuboklar təqdim olunub.

Mükafatlar elm və təhsil naziri Emin Əmrullayev,  nazir müavini Firudin Qurbanov, Azərbaycan Basketbol Federasiyasının icraçı vitse-prezidenti Fərrux Mahmudov, Elm və Təhsil Nazirliyinin Uşaq və gənclərin inkişafı şöbəsinin müdiri Elnur Əliyev tərəfindən təqdim edilib. 

Qeyd olunub ki, Elm və Təhsil Nazirliyi və Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən Məktəblilərin Respublika İdman Olimpiadası ölkəmizdə ilk dəfə təşkil olunur. Olimpiadanın əsas məqsədi məktəblilər arasında idmana marağın artırılması, sağlam həyat tərzinin təşviqi və gənc idmançıların inkişafına dəstək göstərilməsidir.

Yarışlar iyunun 26-dək davam edəcək.













Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:126
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 25 İyun 2026 11:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see401

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see379

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see358

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see344

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see340

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see318

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see301

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see232

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see226

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see225

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see221

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see220

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see215

Dərmanlar da icbari tibbi sığortaya daxil edilir Kimlər faydalanacaq?

20 Noyabr 2026 22:21see210

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see204

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see204

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see201

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see201

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see201

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri