Icma.az
close
up
RU
Nazir Moldova səfiri ilə görüşdü

Nazir Moldova səfiri ilə görüşdü

Icma.az xəbər verir, Cebheinfo saytına əsaslanaraq.

Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Moldova Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Aleksandr Esaulenko ilə görüşüb.

“Cebheinfo.az” xəbər verir ki, qonaqları salamlayan naziri Azərbaycanda aqrar sektora dövlət dəstəyi barədə görüş iştirakçılarına ətraflı məlumat verib.
Bildirilib ki, iki ölkə arasında bütün sahələrdə əməkdaşlıq dinamik inkişaf edir. Tərəflər aqrar sahədə əməkdaşlığın genişləndirilməsində maraqlı olduqlarını vurğulayıblar.

Görüşdə iki ölkə arasında aqrar sahədə əməkdaşlıq və hüquq-müqavilə bazasının gücləndirilməsi, kənd təsərrüfatı və qida məhsullarının ticarət dövriyyəsinin artırılması, kənd təsərrüfatı sahəsində ən müasir texnologiyaların transferi, aqrar sektorda elmi-tədqiqat və təhsil sahələrində təcrübə proqramlarının həyata keçirilməsi, Azərbaycan-Moldova iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın fəaliyyəti, komissiyanın bu ilin aprelin 11-də Bakıda keçiriləcək altıncı iclası ilə və biznes forumun təşkili ilə bağlı məsələlər müzakirə olunub.

Eyni zamanda, tərəflər iki ölkənin kənd təsərrüfatı, enerji, nəqliyyat, təhsil, turizm və digər sahələrdə əməkdaşlıq imkanları, bu sahələrdə imzalanmış və razılaşmada olan müqavilələr, gələcək əməkdaşlıq istiqamətləri ətrafında fikir mübadiləsi aparıblar.Azərbaycan və Moldova arasında indiyədək müxtəlif istiqamətlərdə, o cümlədən iqtisadi sahədə bir çox sənədlərin imzalandığı qeyd olunub.

Qeyd olunub ki, ticarət və investisiya əməkdaşlığının daha da genişləndirilməsi üçün böyük imkanlar var.

Bu baxımdan, iş adamlarının iştirakı ilə müntəzəm olaraq biznes forumların və sərgilərin keçirilməsinin xüsusi əhəmiyyət kəsb etdiyi diqqətə çatdırılıb. 
Ölkəmizdə etibarlı və əlverişli biznes mühiti və böyük tranzit potensialının olduğunu xatırladan nazir Məcnun Məmmədov qeyd edib ki, moldovalı sahibkarlar Azərbaycanın investisiya imkanlarını  dəyərləndirə və ölkəmizin nəqliyyat-tranzit potensialından daha geniş istifadə edə bilərlər.Görüş zamanı qarşılıqlı maraq doğuran məsələlər barədə geniş fikir mübadiləsi aparılıb.

Nigar
“Cebheinfo.az”

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:203
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 03 Aprel 2025 18:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see284

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see268

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see254

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see245

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see231

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see228

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see224

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see213

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see210

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see204

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see203

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see203

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see202

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see190

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see188

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see186

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see180

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see176

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see173

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri