Nazir müavini: “Bakıda piyadaların rahat hərəkətini təmin etmək üçün infrastruktur inkişaf etdiriləcək”
Report.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Bakıda piyadaların rahat hərəkətini təmin etmək üçün infrastruktur inkişaf etdiriləcək.
"Report" xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov 2024-cü ildə nəqliyyat sahəsində həyata keçirilmiş işlərlə bağlı brifinqdə bildirib.
Onun sözlərinə görə, ötən il piyadaların hərəkəti üçün yolların sayı artırılıb: “Şəhərdə nə qədər piyadaların hərəkəti üçün yollar təşkil edilirsə, bir o qədər də piyada hərəkətinin çox olmasının şahidiyik. İstər “28 May” metro stansiyası, istər "Malakan bağı" ərazilərində, istərsə də "İçərişəhər" metro stansiyası istiqamətində avtomobil yollarının piyadalar üçün bağlanması mobilliyin artırılmasına xidmət edir".
Nazir müavini qeyd edib ki, piyada infrastrukturun yaxşılaşdırılması prosesi davam etdirilir: “Səkilərin enləndirilməsi, pandusların qurulması və piyada yollarının işıqlandırması üçün Bakı şəhər İcra Hakimiyyəti ilə birgə yeni layihələr üzərində iş aparılır".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:110
Bu xəbər 10 Yanvar 2025 12:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















