Icma.az
close
up
RU
Nazir müavini: Bərpaolunan mənbələrdən əldə edilən enerjinin 65 faizinin ixrac edilməsi planlaşdırılıb

Nazir müavini: Bərpaolunan mənbələrdən əldə edilən enerjinin 65 faizinin ixrac edilməsi planlaşdırılıb

Azertag saytına istinadən Icma.az xəbər verir.

Bakı, 7 aprel AZƏRTAC

Azərbaycanda həyata keçirilən yaşıl enerji layihələrinə fəal şəkildə sərmayə yatırılır. 2027-ci ilə qədər biz bərpaolunan enerji mənbələri sahəsində 10 layihə həyata keçirməyi planlaşdırırıq ki, bu da müəyyən edilmiş gücün təxminən 2 giqavatını və 2,7 milyard dollar məbləğində investisiyanın cəlb edilməsini təmin edəcək.

AZƏRTAC xəbər verir ki, bu sözləri energetika nazirinin müavini Orxan Zeynalov ADA Universitetində keçirilən “İnnovativ yollarla yaşıl gələcəyə doğru” mövzusunda keçirilən beynəlxalq konfransdakı çıxışnda deyib.

O bildirib ki, yaşıl enerji istehsalı ilə əlaqədar Azərbaycanda həyata keçirilən layihələr iqtisadiyyatın və enerji balansının şaxələndirilməsinə töhfə verməklə yanaşı, həm də böyük iqtisadi fayda gətirir.

“İlk öncə, bərpaolunan enerji mənbələrinin inkişafı iqlim dəyişikliklərinə qarşı dayanıqlılığı gücləndirir. İkincisi, elektrik stansiyalarında istifadə olunan əlavə qaz həcmlərini yönəltməyə imkan verir. 2027-ci ilə qədər isə dörd əsas strateji dəhliz üzrə növbəti addımların reallaşdırılması, 2030-cu ilə qədər isə bərpaolunan enerji mənbələri çərçivəsində istehsal olunan enerjinin 65 faizinin ixrac edilməsi planlaşdırılır”, - deyə nazir müavini vurğulayıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:139
embedMənbə:https://azertag.az
archiveBu xəbər 07 Aprel 2025 12:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see363

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see303

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see301

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see301

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see296

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see277

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see277

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see277

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see262

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see258

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see256

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see255

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see251

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see250

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see249

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see244

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see242

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see232

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see228

Qan qrupu immunitetə nə dərəcədə təsir edir?

20 Noyabr 2026 13:53see201
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri